Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:16

Azərbaycanda «quş qripi» yenidən aktuallaşıb


Köçəri quşların Azərbaycana miqrasiyası avqustun sonlarında kütləviləşəcək.
Köçəri quşların Azərbaycana miqrasiyası avqustun sonlarında kütləviləşəcək.

Azərbaycana köçəri quşların payız miqrasiyası başlayıb. Rusiya və Qazaxıstandan gələn köçəri quşların özləriylə «quş qripi» virusu gətirə biləcəyindən ehtiyatlanan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ətraf mühitin monitorinqini gücləndirmək qərarına gəlib.


Bu barədə nazirliyin departament müdiri Sədaqət Məmmədova məlumat verib. Onun bildirdiyinə görə, sözügedən ölkələrdə «quş qripi» xəstəliyindən adam ölməsi faktı aşkarlanmasa da, nazirlik buna arxayın olmayacaq. Keçən ilin sonu köçəri quşların ovuna qoyulan qadağa da götürülməyib: «Bilmək olmaz, haradansa xəstə quş gələ və «quş qripi» yaya bilər».


Köçəri quşların Azərbaycana miqrasiyası avqustun sonlarında kütləviləşəcək. Oktyabr ayı miqrasiyanın ən fəal dövrü olacaq. Əsasən su bataqlıq quşları - vəhşi qaz, çöl ördəyi, qu quşları, cüllüt və başqa quşlar bir müddət Azərbaycanda qalandan sonra yanvar-fevral aylarında cənub ölkələrinə uçub gedəcəklər.


Bu ilin əvvəlində Azərbaycanda köçəri quşlarda tapılan «quş qripi» xəstəliyi insanlara da keçərək beş nəfərin ölümünə səbəb olmuşdu. ETSN-dən bildirirlər ki, aprel ayından bəri ölkə ərazisində sözügedən virusdan ölən çöl quşlarına rast gəlinməyib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG