Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 01:18

Mamhmudəli Çöhrəqanlı: «Təbrizdə müqavimət güclənə bilər»


Mahmudəli Çöhrəqanlı
Mahmudəli Çöhrəqanlı

Xədicə İsmayılova və Şahin Abbasovun “EurasiaView” adlı İnternet məcmuəsində çıxan yazısında deyilir ki, Təbrizdə may etirazlarından sonra həbs olunan yüzlərlə etnik azərbaycanlılardan biri, hüquqşünas və insan haqları fəalı Saleh Kamrani İran dövlətinə qarşı fəaliyyətlərdə günahlandırılıb. Onun həyat yoldaşı Minanın dediyinə görə, həbs müddətində cənab Kəmraniyə vəkili ilə görüşməyə icazə verilməyib, zaminə buraxılması üçün təyin olunmuş 50 min dollar məbləğində haqq isə adətən 10 dəfə bundan aşağı olur. Bəzz qalasına yürüşdən bir gün sonra həbs edilmiş Təbrizdəki Azərbaycan evinin direktoru Həsən Rəşidinin xanımı Möhtərəm Məhəmmədi “EurasiaView” məcmuəsinə bildirib ki, ərini xarici kəşfiyyata işləməkdə günahlandırılar, halbuki o ancaq öz haqqını tələb edib.


Yazıda qeyd olunur ki, İranda 69 milyon nəfərə yaxın əhalinin təxminən 25 faizini təşkil edən azərbaycanlı yaşayır. ABŞ-da İrandakı millətlərarası məsələlərə artan marağın əlaməti olaraq ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Börns və Milli Təhlükəsizlik üzrə dövlət müşavirinin müavini Eliott Abrams iyulun 21-də İranda yaşayan etnik qrupların təmsilçiləri ilə görüşüblər.


Görüşün iştirakçısı, Dünya Azərbaycanlılar Konqresinin sədr müavini Rəhim Şahbazınin dediyinə görə, hər iki rəsmi nümayəndəni İranın müxtəlif etnik qruplarının ölkə prezidenti Mahmud Əhmədinejadın nüvə siyasətinə münasibətləri xüsusilə maraqlandırıb.


İranın azərbaycanlı icmasının nümayəndələri bildirirlər ki, hökumət azərbaycanlı fəalları bir qayda olaraq ABŞ və İsraillə əlaqələndirməyə çox meyllidir.


Azərbaycanlı müxalifətin həm İranda, həm də xarici ölkələrdə olan nümayəndələri ABŞ və yaxud İsraillə hər hansı maliyyə sövdələri haqda ittihamlara qəti şəkildə rədd edirlər.


2003-cü ildə Birləşmiş Ştatlarda siyasi sığınacaq almış Təbriz universitetinin keçmiş professoru, Güney Azərbaycan Milli Oyanış hərəkatının rəhbəri Mahmudəli Çöhrəqanlı


«EurasiaView» məcmuəsinə bildirib ki, onun rəhbərlik etdiyi hərəkat qətiyyən xaricdən maliyyə yardımı almır. Lakin Çöhrəqanlı, 2003-cü ildən sonra Dövlət Departamenti və Pentaqon nümayəndələri ilə onun görüşləri haqda məlumatları şərh etməkdən imtina edib. Təbrizdəki Azərbaycan Müdafiə Komitəsinin rəhbəri Səid Nayimi


təşkilatının yalnız Azərbaycan insan haqları fəalları və beynəlxalq QHT-lərdən dəstək aldığını bildirir.


İyul ayında prezident Əhmədinejad, İranın Azərbaycanın şəhərlərinə baş çəkərkən, yəqin ki, hakimiyyətdən narazı yerli camaatı sakitləşdirmək üçün, müxtəlif abadlıq layihələrinə dövlət büdcəsindən vəsait ayırmağı vəd edib. İranda yaşayan azərbaycanlı jurnalist Səid Muğanlının dediyinə görə, Əhmədinejadın çıxışlarına adamları, xüsusiylə də dövlət qulluqçuları və kəndliləri zorla gətiriblər.


Xədicə İsmayılova və Şahin Abbasovun «EurasiaView” adlı İnternet məcmuəsində çıxan yazısında deyilir ki, Mamhmudəli Çöhrəqanlının fikrincə, Təbrizdə bundan sonra müqavimət güclənə bilər, çünki keçmiş prezident Məhəmməd Hatəminin nisbətən yumşaq siyasətindən sonra Əhəmədinejadın daha ifrat hakimiyyəti altında xalqın səbri tükənməkdədir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG