Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:30

MTN Çöhrəqanlının deportasiyası xəbərini təkzib edir


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Arif Babayev Mahmudəli Çöhrəqanlının Azərbaycandan deportasiya olunması xəbərini təkzib edir. MTN rəsmisi «Azadlıq» radiosuna bildirib ki, cənab Çöhrəqanlının ölkədən deportasiya edilməsi haqda bir sıra yerli medianın verdiyi məlumatlar yanlışdır: «Onun xüsusi xidmət orqanları tərəfindən saxlanması haqda deyilənlər cəfəngiyatdır».


Cənab Babayev deyir ki, Mahmudəli Çöhrəqanlı iyunun 10-da Türkiyədən Azərbaycana gəlib. İyunun 11-də isə səhər Bakı – İstanbul – Nyu-York reysi ilə Azərbaycanı tərk edib.


Doktor Mahmudəli Çöhrəqanlı 1994-cü ildə İran parlamentinə namizədliyini irəli sürsə də, qeydə alınmayıb. İranda yaşayan azərbaycanlıların dil və mədəni hüquqlarının fəal müdafiəçisi kimi 9 ay həbsdə saxlanıldıqdan sonra səhhətinə görə azad edilib. 2001-ci ilin sonunda İranı tərk edən Çöhrəqanlı son illər ABŞ-da mühacirətdə yaşayır.


XS
SM
MD
LG