Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

-

İki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir «Avesta» şirkətindən ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov avqustun 3-də ailəsi ilə birgə Prezident Administrasiyası qarşısındakı parkda aksiyaya cəhd edib.

4 ildir kirayədə qaldığını bildirən sahibkar yorğan-döçək ataraq parkda qalacağını deyib.

«Mən bütün nəyim var idisə hamısını satıb İbrahim İbrahimovun sahibi olduğu «Avesta» Konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil almışam. Sonradan o mənzillər xəbərim olmadan əlimdən alınıb. Elə o vaxtan da kirayələrdə qalıram. Artıq yaşaya bilmirəm. Bu gün gəldim bir daha problemimi prezidentə çatdırım. Bəyan edim ki, bu gündən yorğan-döşək atıb prezident administrasiyasının qarşısındakı bu parkda yaşayacağam».

Elşən Məmmədov deyir ki, o bu addımı atmazadan əvvəl Zığdakı Narkoloji dispanserdə müayinədən keçirib.

«İndi istənilən adamı tutub üstünə narkotik ittihamı atırlar. Bunu nəzərə alaraq avqustun 2-də Zığdakı Narkoloji dispanserdə müayinədən keçdim. Əlimdə möhürlü, ştamplı sənəd var ki, mən narkoman deyiləm. Xəzərdə göydələnlər tikən «Avesta» şirkətinin prezidenti məni bu günə qoyub, ona heç kim bir söz deyə bilmir. Məhkəmələr hamısı onun xeyrinə qərar çıxarıb».

Bir müddət sonra əraziyə gələn polislər parka sərilən yorğan-döşəyi yığışdırıblar, Elşad Məmmədovu post patrul maşınına mindirərək bölməyə aparıblar.

Bundan əvvəl Elşad Məmmədov Qazax rayonunda kirayə qaldığı mənzildə ağzını tikərək aksiya keçirib.

«Avesta» şirkətində həmin şəxsin keçirdiyi aksiyalardan xəbərdar olduqlarını desələr də məsələyə şərh vermək istəməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG