Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Rus filmlərinə qadağa qoyuldu


-

Ukraynanın Kino Məsələləri üzrə Dövlət Agentliyi iki rus filminə prokat lisenziyası, yəni ölkə ərazisində yayınlanmaq, kinoteatrlarda göstərilmək icazəsi verməkdən imtina edib.

Söhbət "Ağ qvardiya""Poddubny" filmlərindən gedir.

Agentlik hesab edir ki, bu filmlərdə "Ukrayna dilinə, xalqına və dövlətçiliyinə hörmətsizlik göstərilir".

Üstəlik də "Poddubny" filmində "bəzi faktlar Rusiyanın xeyrinə təhrif edilib". Agentlikdən bildiriblər ki, "Rusiyanın Ukraynaya qarşı apardığı müharibə şəraitində bu film informasiya savaşının bir alətinə çevrilib".

Səkkiz seriyadan ibarət "Ağ qvardiya" 2012-ci ildə Rusiya televiziyasında nümayiş olunub. (Ardı aşağıda)

Filmdə Fyodor Bondarchuk, Sergei Garmash kimi məşhur aktyorlar çəkiliblər. "Ağ qvardiya"nın natura çəkilişləri Kiyevdə aparılıb. Film rus yazıçısı Mikhail Bulgakov-un eyniadlı əsəri əsasında ekranlaşdırılıb. Romanın baş qəhrəmanı Aleksei Turbin hərbi həkimdir, 1-ci Dünya Müharibəsində iştirak edib, amma müharibə bitəndən, eləcə də 1917-ci ilin oktyabr çevrilişindən sonra bilmir ki, neyləsin, bolşeviklərə qarşı vuruşsun, yoxsa həyatını qursun. Bütün bunlar Kiyevdə, müstəqil Ukrayna qurmağa çalışan millətçi hərəkatın lideri Petlyura ilə rus qoşunları arasında döyüşlərin fonunda baş verir...

"Poddubny" isə milliyyətcə Ukraynalı olan pəhləvan Ivan Poddubny haqdadır. Zaparojye kazakı olan Poddubny sonralar Rusiyada yaşayıb, orada rus pəhləvanı sayılır... (Ardı aşağıda)

Rusiya rəsmiləri sözügedən filmlərə qoyulan qadağanı siyasi senzura adlandırıblar.

Hazırda Rusiya Ukraynadan gələn mallara qadağalar qoymaqdadır. Ukrayna hökuməti də cavab tədbirləri görür. Ukraynanın Mədəniyyət Nazirliyi də öz sahəsində hansı addımlar ata biləciyini nəzərdən keçirir.

Bir müddət əvvəlsə Ukrayndakı distribütorlar və kinoteatrlar 3 rus filmini bu ölkədə göstərməkdən imtina ediblər. Bunlar «Восьмерка» dramı, «22 минуты» döyüş filmi və «Кухня в Париже» komediyasıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG