Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:38

Ukraynada rus filmlərindən imtina etdilər


-

Ukrayndakı distribütorlar və kinoteatrlar 3 rus filmini bu ölkədə göstərməkdən imtina ediblər.

Bir müddət əvvəl bağlanmış razılaşmaları ləğv ediblər.

Bunlar «Восьмерка» dramı, «22 минуты» döyüş filmi və «Кухня в Париже» komediyasıdır.

«Central Partnership» şirkətindən bildiriblər ki, "ölkədəki siyasi durum və mənəvi-etik prinsiplər"ə görə bu addımı atıblar.

Rusiya Ukraynanın Krım bölgəsini işğal edib. Ukrayna hakimiyyəti rus kəşfiyyatını həm Kiyevdə 100 nəfərin ölümü ilə nəticələnən hadisələrdə əli olmaqda, həm də ölkənin rusdillilər yaşayan şərq bölgələrində separatçılığı dəstəkləməkdə ittiham edir.

«Восьмерка» filmi tanınmış rus yazıçısı Zaxar Prilepinin əsəri əsasında çəkilib.

Filmdəki qəhrəmanların bir hissəsi "OMON"çular - Rusiyanın xüsusi təyinatlı polis dəstəsinin üzvləridir.

Filmin rejissoru Aleksey Uçitel Rusiya prezidenti Putinin Krımın Rusiyaya birləşdirilməsi siyasətini dəstəkləyən mədəniyyət xadimlərindən biridir. Prilepin isə anneksiyaya qarşı çıxanlara etiraz edib.

«22 минуты» filminin personajları arasında Rusiya prezidenti də var.

Hər üç filmin Ukraynada uğurla nümayiş olunacağı gözlənilirdi.

Rus filmlərinin prokatdan götürdüyü gəlirin təxminən 10 faizi Ukraynada nümayiş olunmaqdan əldə edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG