Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:13

Rusiyanın Avropaya nüfuzu nə ilə bağlıdır? Çünki əhalisinin sayına və ya Avropa ilə ticarətinə görə, Rusiya heç də irəlidə olan ölkə deyil. Sanksiyalar dünya iqtisadiyyatına necə təsir edəcək? Avropaya daha çox təsir edəcək yoxsa ABŞ-a?

“Rusiyanın Avropa Birliyinə mesayı: Pul söhbəti”. Washington Post qəzeti yazır ki, Britaniyanın baş naziri David Cameron Rusiyaya qarşı hücuma başçılıq edir. O deyir ki, Britaniyanın Rusiyaya hərbi gəmi düzəldib, satmağı ağlagəlməzdir. O, Rusiyaya hərbi gəmi satmaq fikrindən əl çəkməyən Fransaya işarə edir.

Fransa prezidentinin partiyasından olan birisi isə Cameronu cavabsız qoymur. O deyir ki, “bu yalançı debatdır. Siz görürsünüz ki, nə qədər rus oliqarxı Londona sığınıb, David Cameron əvvəlcə öz həyətini təmizləməlidir”.

Qəzet soruşr ki, hansı daha pisdir: Fransanın Rusiyaya gəmi verməsi ki, bu gəmi sonra NATO-ya qarşı istifadə oluna bilər, yoxsa Britaniyanın təkid etməsi ki, Rusiya pullarını Londonun maliyyə bazarına buraxmağa Britaniyanın haqqı var?

Qəzet yazır ki, bu mübahisə Avropa qəzetlərində mərkəzi yer tutur. Ancaq bu dava Fransanın Brityaniyaya qarşı və ya əksinə, Britaniyanın Fransaya qarşı mübarizəsi deyil.

Bu, Rusiyanın Avropaya həqiqi nüfuzunu göstərir.

Qəzet soruşur ki, bu nüfuz nə ilə bağlıdır?

Rusiya öz əhalisinin sayına görə böyük ölkə deyil. Onun 142 milyon əhalisi var, bu da Nigeriya və ya Pakistan əhalisindən azdır. Avropa Birliyinin məsələn, 500 milyon əhalisi var.

Ya bəlkə Avropa Birliyinin Rusiya ilə ticarəti böyükdür?

Avropa Birliyinin ixarcının cəmi 7 faizi Rusiyaya gedir. Almaniya Polşa ilə daha çox ticarət edir, nəinki Rusiya ilə.

Bununla belə Rusiyanın Avropaya nüfuziu böyükdür. Niyə? Çünki Moskvanın Avropadakı biznes tərəfdaşları çox böyük şirkətlərdir, onlar bir qayda olaraq neft və qaz sektoru ilə bağlıdırlar. Qəzet yazır ki, Polşa ilə iş görən 100 min Almaniya iş adamı və ya şirkəti Rusiyaya investiya qoymuş E.ON Ruhrgas şirkəti gücündə deyil.

1990-cı illərdə Avropa ilə iş görməyə başlayan Rusiya çox tez anladı ki. siyasi gücü olan şirkətlərlə işləmək çox vacibdir. Bunu başa düşən Rusiya Qərbin belə şirkətlərində səhmlər almağa başladı.

İndi ABŞ Rosneftə qarşı sanksiya qoyur, ancaq Rosneft məsələn, İtaliyanın ən böyük şirkətlərindən olan Pirelli-nin 13 faizinə sahibdir.

Financial Times qəzeti yazır ki, Rusiyaya qarşı sanksiyalar dünya iqtisadiyyatına necə təsir edəcək?

Almaniyanın Avropa İqtisadi Əlaqələr Komitəsinin məlumatına görə, sanskiyaların indiki vəziyyətində Almaniyada 25 min iş yeri təhlükədədir. Komitənin məlumatına görə, Almaniyada 350 min iş yeri bu ölkənin Rusiya ilə ticarətindən asılıdır.

Almaniyanın Rusiya ilə ticarəti 2013-cü ildə 80 milyard avro olub. Eyni zamanda 6200 Rusiya şirkəti alman kapitalından faydalanır.

Qəzet sanskiyaların qərbə təsiri haqda yazır ki, Avropanın Mərkəzi Bankının keçmiş sədri Francesco Papadianın fikrincə, sanksiyaların Avropaya təsiri ABŞ-a təsirindən 3-də 2 qədər şox olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG