Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:18

Ukraynada azərbaycanlı mer güllələnib


Oleh Babayev
Oleh Babayev

-

Ukraynanın Poltava vilayətində şəhər meri öldürülüb.

Bu barədə AzadlıqRadiosunun rus xidməti məlumat yayıb.

Bildirilir ki, iyulun 26-sı səhər saatlarında Kremençuq şəhərinin rəhbəri Oleh Babayev qətlə yetirilib. O, maşını ilə evindən çıxarkən güllələnib.

O.Babayev aldığı yaralardan ölüb.

O.Babayev 1965-ci ildə Kurskda anadan olub, mənşəcə azərbaycanlıdır. 1990-cı ildə Ukrayna vətəndaşlığını qəbul edib. 2007-2010-ci illərdə keçmiş baş nazir Yulia Tymoshenko-nun «Batkıvşina» partiyasından deputat olub. 2010-cu ildə Kremençuq meri seçilib.

Luqansk və Donetskdə isə silahlı toqquşmalar davam edir. Ötən gün 9 adamın öldüyü, 30-a yaxın yaralının olduğu bildirilir. Şəhərin kommunal infrastrukturuna ciddi ziyan dəyib.

Donetskdə atışmadan evlər zədələnib.

UKRAYNA XƏBƏRLƏRİNİ BURADA İZLƏ

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG