Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:28

Bakı İcra Hakimiyyəti sənətçiyə uduzdu


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Haсıbala Abutalıbov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Haсıbala Abutalıbov

-

İyulun 17-də Ali Məhkəmə tanınmış sənətçi Şeyx Əbdül Mahmudbəyovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Haсıbala Abutalıbova qarşı iddiasına baxıb. Sənətçinin AzadlıqRadiosuna bildirdiyinə görə, məhkəmə, bundan əvvəlki instansiya məhkəmələrinin onun xeyrinə çıxardığı qərarları qüvvədə saxlayıb:

«2 il əvvəl «Qış Bulvarı» parkı tikilərkən, mənim evimə ciddi ziyan dəymişdi. Tələb etsəm də, Bakı şəhər İcra Hakimiyyəti mənə dəymiş ziyanı ödəmək istəmirdi. Bu işlərin başında Hacıbala Abutalıbov dururdu. Ona görə də onu məhkəməyə verdim. Nəsimi rayon Məhkəməsi mənim xeyrimə qərar çıxardı ki, mənə dəymiş ziyanı icra hakimiyyəti ödəməlidir. Hacıbala Abutalıbov bu qərardan apellyasiya şikayəti verdi, bu məhkəməni də uddum. Bu gün Ali Məhkəmə də əvvəlki qərarları qüvvədə saxladı. Mən fikirləşirdim ki, Hacıbala Abutalıbov məhkəmələrə təzyiq göstərər deyə onun xeyrinə qərar çıxaracaqlar. Bu belə olmadı, qərarlar ədalətli oldu».

Şeyx Əbdül Mahmudbəyov yaxın müddətdə qərarın icra olunacağını bildirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG