Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:07

Dövlət sənin evini hansı hallarda sökə bilər (infoqrafika)


Eurovision, xizək mərkəzi, qış parkı və digər nəhəng layihələr vətəndaşların məcburən torpaqlarından və evlərindən məhrum edilməsi üçün səbəb ola bilməz.

Bu qanunun 3-cü maddəsində təsbit edilən "dövlət ehtiyyaclarının" məhz nədən ibarət olduğu ilə infografikdə tanış ol (daha böyük format üçün şəkli tıkla)
Azərbaycan qanunvericiliyində aydın yazılıb ki, hansı hallarda dövlət öz vətəndaşlarının mülkiyyət hüququna müdaxilə edə bilər. Yuxarıda adı çəkilən obyektlərin heç biri "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunuda nəzərdə tutulmayıb.

Beləliklə, Azərbaycan qanunvericiliyi dövlətin belə bir hüququnu - vətəndaşların məcburən evlərindən köçürülməsi haqqını təsbit edir. Lakin bunun üçün dövlətin müdafiə, təhlükəsizlik və ya strateji təhcizatla bağlı ehtiyyacı yaranmalıdır.

Lakin indiyə qədər baş verən dövlət-vətəndaş qarşıdurmalarının heç birində nə müdafiə, nə nəqliyyat, nə də qanunda nəzərdə tutulan digər "dövlət ehtiyyacı"na rast gəlinməyib. Lakin bu ziddiyətlər nəinki vətəndaşların hüquqlarının, bəzənsə hətta məhkəmə qərarlarının əleyhinə olaraq hakimiyyətin xeyrinə öz həllini tapır.

AzadliqRadiosu qanunun bu maddələrini vətəndaşların və dövlət məmurlarının diqqətinə çatdırmaqla Azərbaycanda hüquqi dövlətin yaradılmasına öz töhfəsini vermək məqsədi güdür.

Qanun haqda daha ətraflı burada oxu
XS
SM
MD
LG