Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Vətəndaşların mülkiyyətinin məcburi qaydada dövlət tərəfindən alınmasını tənzimləyən qanun maddələri


Son bir neçə ildə istirahət parklarının salınması, otel, idman, turizm obyektlərinin, yaşayış binalarının tikilməsi dövlət ehtiyacı olmasa da, Bakıda və rayonlarda mülkiyyətçilərdən torpaqları və yaşayış sahələri alınarkən dövlət ehtiyacı olduğu bildirilir. Ancaq nə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhərində apardığı yaşıllaşdırma layihələri, nə də yuxarıda göstərilən digər tikinti işləri dövlət ehtiyacına aid deyil.

Torpaqların, torpaqlar üzərində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin məcburi qaydada alınmasına yalnız bir amil səbəb ola bilər. O da həmin sahələrin dövlət ehtiyacları üçün lazım olduğu hallarda. Dövlət ehtriyacları məfhumu öz əksini 2010-cu ilin aprelində qəbul olunmuş Torpaqların Dövlət Ehtiyaclarına görə Alınmasına görə Qanunun 3-cü maddəsində öz əksini tapıb.

Qanuna görə, torpağın alınmasına əsas verən dövlət ehtiyacları bunlardır.

1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;

2. Sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;

3. Müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;

4. Dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi.
Bakı şəhər və yerli icra hakimiyyətlərinin nümayəndələri mülkiyyətçinin daşınmaz əmlıakını ondan almağa gələrkən vətəndaş hansı hüquqlarını bilməlidir?

İlk olaraq vətəndaş ünvandan köçürülmə işlərinin dövlət ehtiyacı olub-olmaması haqqında sənəd tələb etməlidir. Bu da yalnız Nazirlər Kabinetinin qərarı ola bilər.

Əgər belə bir sənəd yoxdursa, mülkiyyətçi icra hakimiyyətinin nümayəndələrinə Konstitusiyanın 13 və 29-cu maddələrini xatırlatmalıdır. Həmin maddə hər bir vətəndaşa mənzil və mülkiyyət toxunulmazlığı hüququ verir.

Bunu əsas götürərək hüquq mühafizə orqanlarına dərhal məlumat verir.

2. Bundan başqa, icra hakimiyyəti orqanları fərdi qaydada vətəndaşın əmlakına müvafiq komissiya tərəfindən qoyulmuş qiyməti açıqlayır rəsmi sənədlərlə. Vətəndaş təklifləri qəbul etmədikdə və mübahisə yarandıqda məsələ məhkəmənin qarışması zərurəti yaranır.

Bildirişlə bağlı aşağıdakı maddələri nəzərə almaq lazımdır

Maddə 31. Torpağın satın alınmasına razılıq bildirişi

31.1. Torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir.

31.2. Bildiriş alan orqanın torpaqları danışıq yolu ilə almağa razılığı və bu Qanunun

31.3-cü maddəsində nəzərdə tutulan müddət barədə məlumatla yanaşı aşağıdakıların qısa izahını əks etdirir:

31.2.1. torpağın satın alınmasının məqsədi;

31.2.2. torpağın danışıq yolu ilə satın alınması mümkün olmadıqda, torpağın alınmasının bu Qanunla müəyyən edilmiş alternativi;

31.2.3. mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi imkanına dair izahat daxil olmaqla, könüllü danışıq yolu ilə satışın qaydaları (tələb olunan sənədlər, prosedurlar və s.).

31.3. Alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razı olduqda, bu Qanunun 31.1-ci maddəsində göstərilən bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır.

31.4. Bu Qanunun 22-ci maddəsinə uyğun olaraq təşkil edilmiş torpağın alınması qrupunun üzvləri bildiriş göndərilmiş bütün mülkiyyətçilərə bildirişi izah və müzakirə etmək məqsədilə görüşlər keçirirlər.

31.5. Torpağın alınması qrupunun heç bir üzvünün mülkiyyətçidən torpağı satın almaq üçün təklif vermək və ya torpağın satın alınmasına razılıq verilməsini tələb etmək, yaxud mülkiyyətçidən torpağı alan orqana satmaq təklifini qəbul etmək hüququ yoxdur.
Vətəndaş bildirişin şərtləri qəbul edilmədikdə məhkəməyə müraciət etmək fikrini açıqlayır.

Maddə 23. Alınan torpağın qiymətləndirilməsi

23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir:

23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;

23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;

23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir;

23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir;

23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;

23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir;

23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir.

23.2. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərin onlara ödəniləcək kompensasiyanın məbləğinə dair, habelə bu məbləğdə dəyişikliklər edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı ilə tanış olması üçün zəruri şərait yaratmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG