Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:46

Müstəqil teatr "balalayacaq"


“ODA” teatrının 1 yaşı qeyd edir.
“ODA” teatrının 1 yaşı qeyd edir.

-

Müstəqil “ODA” teatrının 1 yaşı tamam oldu.

Teatrın aktyorları media nümayəndələrini başlarına yığıb bu bir ilin hesabatını verdilər. Çətin şəraitdə fəaliyyət göstərsələr də, tamaşaçı auditoriyalarını genişləndirə bildiklərini dedilər, gələcək planlarından danışdılar.

Teatrın təsisçisi və rəhbəri Elmin Bədəlov bildirdi ki, onlar məşhur “Ezop” tamaşasını ODA Teatrında hazırlamaq istəyirlər: “Eyni zamanda “Lütlər”, “Yastıq adam” və başqa yeni tamaşaların hazırlığı gedir. Avqust ayı ərzində bütün tamaşalarımızın təkrar nümayişini təşkil edəcəyik. Həmin müddətdə yeni tamaşalar hazır olacaq və biz onların da nümayişinə başlayacağıq. 2014-cü il ərzində azı 15 min insana tamaşa göstərmək niyətindəyik”.

E.Bədəlov qeyd edib ki, ODA Teatrının tərkibində yeni “teatr qrupları” da yaradılacaq: “Həmin qruplar öncə ODA-nın tərkibində formalaşacaq və tamaşalar hazırlayacaq. Daha sonra onlar özlərinə ayrı bir məkan tutub müstəqil teatr kimi fəaliyyətə başlayacaqlar. Bunlar ölkədə müstəqil teatrların sayının artmasına gətirib çıxaracaq. Bu isə mədəniyyətin inkişafı deməkdir. Artıq ilk qrup üçün müraciət edən gənclər var və biz onlarla qısa müddət ərzində görüşəcəyik”.

Daha sonra teatrın aktyoru, əməkdar artist İlqar Cahangir ODA-nın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Əməkdar artist daha çox ölkədəki teatrların problemlərinə toxunub və yaradıcı mühit üçün şərait olmadığını qeyd edib.

Sonda üzərində “ODA Teatrı 1 yaş” sözləri yazılmış tort kəsilib və tədbir əyləncə ilə davam edib.

İlqar Cahangirov 1 yaşın tortunu kəsir
İlqar Cahangirov 1 yaşın tortunu kəsir

Elmin Bədəlov
Elmin Bədəlov

XS
SM
MD
LG