Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35
Müstəqil “Oda Teatrı”nın aktyorları küçədə bilet satacaqlar. Bu barədə teatrın rəhbəri Elmin Bədəlov məlumat verib.

Onun sözlərinə görə, küçədə bilet satışını təşkil etməklə onlar hər kəsin diqqətini teatra yönəltmək istəyirlər:

“Bizim burada iki məqsədimiz var. Həm bilet satışını təşkil etməklə ölkənin müstəqil teatrı olan Odanı yaşatmaq, həm də teatrdan xəbərsiz insanların da diqqətini mədəniyyətə yönəltməkdir. Çünki son günlər Oda Teatrının bilet satışı müəyyən qədər zəifləyib. Biz də çıxış yolu kimi bu üsulu seçirik. Hər kəsi də müstəqil teatra dəstək verməyə çağırırıq. Ümid edirik ki, incəsənət nümayəndələri, aktyorlar, rejissorlar da bu aksiyada bizə dəstək olacaq”.

Elmin Bədəlovun dediyinə görə, onlar martın 22 və 23-də saat 19:00-da nümayiş etdirəcəkləri “Səncə, döyəcəklər?” tamaşası üçün bilet satacaqlar. Onlar qrimlənmiş formada, “Müstəqil teatrı yaşatmaq üçün bilet satırıq!” sözləri yazılmış kağızlarla paytaxt küçələrinə çıxacaqlar. Aktyorlar həm də bununla ölkə teatrlarında bilet satışının zəif olduğunu göstərmək və insanlara “teatrlara gedin” mesajını vermək istəyirlər.

Teatrın nümayiş etdirəcəyi “Səncə, döyəcəklər?” tamaşası rumın dramaturqu Matey Vişnekin əsəridir. Tamaşadakı rolları İlqar Cahangir, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Qurban Məmmədli və Anar Əliyev ifa edəcəklər.

Teatrın ünvanı: Topçubaşov 38
Əlaqə: 050 394 48 64

Günün bütün mövzuları

XS
SM
MD
LG