Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:00

Azərbaycandan Gürcüstana gedən yük maşınında 3 ton heroin tapılıb


Foto: Arxiv
Foto: Arxiv

-

İyulun 11-də Azərbaycandan Gürcüstana daxil olmuş yük maşınında 2.79 ton maye şəklində heroin aşkarlanıb.

Bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyi bildirir ki, bu, Gürcüstan tarixində aşkar olunmuş ən böyük miqdarda narkotikdir. Bununla bağlı iki Gürcüstan vətəndaşı həbs edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, narkotik vasitə yük maşınında içi xüsusi maye ilə dolu 93 ədəd 30 litrlik plastik qablarda daşınırmış. Bu mayenin tərkibinin 80 faizi heroin olub.

Aşkar olunmuş narkotik maddə 100 milyonlarla ABŞ dolları dəyərində qiymətləndirilir. Təyinat ölkəsi olaraq Türkiyəyə, orada beynəlxalq bazara çıxarılmalıymış.

Gürcüstan əməliyyatçılarının bundan əvvəlki uğuru 2013-cü ilin iyul ayında olmuşdu. Həmin vaxt Ermənistandan Gürcüstana keçən yük maşınında 116 kiloqram heroin tapılmışdı.

GÜRCÜSTANDAN KEÇƏRƏK TÜRKİYƏ VƏ RUSİYAYA...

ABŞ Dövlət Departamentinin 2013-cü il üçün «Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası» adlı hesabatında deyilir ki, Gürcüstandan başqa ölkələrdə hazırlanmış narkotiklərin tranziti və təyinat ölkəsi kimi istifadə olunur:

«Əsas narkotik daşıma yolları Əfqanıstan və İrandan başlayır, Azərbaycandan və Gürcüstandan keçərək Qərbi Avropaya, Türkiyə və Rusiyaya gedir. Beynəlxalq yükdaşımalarla məşğul olan yük maşınları bu yolla bəzən narkotik da daşıyırlar, Gürcüstandan keçməklə Türkiyə və Rusiyaya gedirlər. Bəzən Qara dənizdəki bərələrdən istifadə edərək Ukrayna, Moldova və Bolqarıstana da gedib çatırlar».

Hesabatda deyilir ki, Gürcüstanın yeni hakimiyyəti 2013-cü ildə narkotiklərə qarşı mübarizədə ciddi irəliləyişə nail olub. 2011-2012-ci illərdə müsadirə edilən narkotiklərin sayı cüzi idi - heroin, marixuana və sintetik narkotik vasitələrin hərəsindən cəmi 1 kq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG