Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

-

Ukraynanın şərqində, Luqansk şəhəri yaxınlığında çərşənbə gününə keçən gecə döyüş olub. Xəbəri UNİAN yayıb.

ATƏŞ SƏSLƏRİ GƏLİR

Şahidlərin sözlərinə görə, irikalibrli pulemyot atəşi və qranat partlayışı eşidilib. Hələlik itki barədə məlumat yoxdur. Çərşənbə günü o da bəlli olub ki, Luqansk aeroportunun atəşə tutulması nəticəsində mülki aviasiya ilə rabitəni təmin edən avadanlığa ziyan dəyib.

Eyni zamanda, Ukrayna ordusu son 48 saat ərzindəki hərbi əməliyyatlarda bir neçə yaşayış məntəqəsini, o cümlədən, Semyonovka və Konstantinovka şəhərlərini tutub. Rəsmi Kiyev hərbçilər arasında itki olmadığını deyir.

RUSİYA ƏRAZİSİNƏ DƏ MƏRMİ DÜŞÜB

Çərşənbə günü səhər Rusiyanın Rostov vilayətinə Ukrayna ilə sərhədin 800 metrliyinə mərmi düşüb. Ev heyvanına ziyan dəyib. «Kuybishevo» sərhəd məntəqəsi yaxınlığında atəş səsləri eşidilib. Bu barədə Rusiya sərhəd xidmətinə istinadla RİA Novosti məlumat verir.

Ukrayna ordusu Donetsk və Luqanskı, aviasiya və artilleriyadan istifadə etməməklə nəzarətə almağa çalışır. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lisenko söyləyib. Onun sözlərinə görə, hərbçilərdə yaraqlıların Donetsk və Luqanskın küçələrindəki bütün blokpostlar, eləcə də yerləşdirləri binalar barədə məlumatı var. Əməliyyatda Ukraynanın bütün xüsusi qüvvələri iştirak edəcək. Bunu deyən Lisenko detalları açıqlamayıb.

UKRAYNA XƏBƏRLƏRİNİ BİZİM CANLI BLOQDA İZLƏ

Şərhləri göstər

XS
SM
MD
LG