Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:55

«Luqansk və Donetskin azad olunması uzun çəkə bilər» [Video]


-

Donetsk vilayətində şəhər və qəsəbələr tədricən Ukrayna hərbçilərinin nəzarətinə keçir. Separatçılar bəyan ediblər ki, indi onların əsas bazası Donetskdir. Bazar günü milli qvardiya Donetskdə Zakotnoye Krasnolimanskoye kəndini ələ keçiriblər.

Bu barədə «Ukrainskaya pravda»nın müxbiri xəbər verir. Ukrayna tərəfi təsdiqləyir ki, Donetsk yaxınlığında «Donbass» və «Dnepr-2» könüllü batalyonlarının apardığı əməliyyat zamanı separatçıların «Vostok» batalyonundan 20 separatçı öldürülüb.

Şahidlər deyir ki, Donetskdə yaraqlılar dəstə ilə gəzir, dinc sakinləri saxlayır, birbaşa küçədə sorğu-sual edir. Separatçı qruplaşmaların üzvləri kütləvi şəkildə Donetsk milli universitetinin yataqxanalarında yerləşir.

Ukrayna ordusu Slavyanskda
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

HÜCUM TAKTİKASI

Ukrayna hərbçiləri də etiraf edir ki, Luqansk və Donetskin azad olunması uzun çəkə bilər. Dinc sakinlər arasında itkinin qarşısını almaq üçün bu şəhərlərə aviasiya zərbələrinin endirilməsi planlaşdırılmır. Bunu Milli Qvardiyanın komandanı Stepan Poltorak «Ukrayna» telekanalına deyib. Onun sözlərinə görə, indi əsas vəzifə Donbassı sülh içində yaşamaq istəməyənlərdən azad etməkdir.

«Ona görə bizim taktikamız hücum olacaq. Onları təqib edərək məhv edəcəyik. Silahı könüllü təhvil verənlərlə hüquq-mühafizə orqanları məşğul olacaq. Ancaq biz onlarla çox sərt danışacağıq,» Poltorak deyib.

Donetskdən savayı Luqanskda da gərginlik qalır. Qondarma «Luqansk xalq respublikası»nın silahlı birləşmələri «Qrad» qurğularından hərbçilərin nəzarət etdiyi yerli aeroportu atəşə tutublar. Ötən sutka ərzində Ukrayna aviasiyası Rusiya ilə sərhədindəki İzvarino şəhərciyi yaxınlığında separatçıların tank və artilleriya qurğularına güclü zərbələr endirilib.

Donetskdə gərginlik
Gözlə
Embed

No media source currently available

0:00 0:01:05 0:00

DONETSK VƏ LUQANSK TAM BLOKADAYA ALINACAQ

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Mikhail Koval bildirib ki, Donetsk və Luqansk tam blokadaya alınacaq ki, separatçılar silahı yerə qoymağa məcbur olsunlar.

Separatçıların təmsilçiləri də Ukrayna aviasiyasının Luqansk yaxınlığına zərbələr endirir. Bazar günü Donetskdə separatçılar qarşısında çıxış edən «Novorossoya» hərəkatının lideri Pavel Qubarev bildirib ki, yaraqlılar şəhər boyu partizan müharibəsi aparmağa hazırdır.

XS
SM
MD
LG