Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07

-

FİFA uruqvaylı futbolçu Luis Suarezi italiyalı müdafiəçi Giorgio Chiellinini dişlədiyinə görə Dünya Kuboku yarışlarından uzaqlaşdırdı. O, Dünya Kubokunun 9 oyununu buraxmalıdır.

Bundan başqa Suarezə 4 aylığa istənilən futbol fəaliyyəti - idman, inzibati və s fəaliyyət qadağan olunur. O, stadiona yalnız tamaşaçı kimi gələ bilər.

Suarez 100 min isveçrə frankı (təxminən 110 min dollar) məbləğində cərimə də edilib.

FİFAnın qərarında deyilir ki, "belə davranış heç bir futbol meydanında qəbul oluna bilməz, xüsusilə milyonların izlədiyi Dünya Kubokunda".

Dünyanın ən yaxşı futbolçularından biri olan Suarez həm də ən zorakı futbolçularından biridir.

Luis Suarezə Hollandiya mətbuatı "adamyeyən" ləqəbini verib. Buna səsbəb 2010-cu ildə Ayax-da oynayan Suarezin Eindhovenin oyunçusu Otman Bakkalı dişləməsi oldu.

2011-ci ildə İngiltərədə - Liverpoolda oynayan Suarez Manchester United-in oyunçusu Patricia Evra-nı irqçi təhqir etdiyinə görə, 68 min dollar məbləğində cərimə olundu.

2013-cü ilidə Suarez İngiltərə birinciliyində Chelsea-nin müdafiəçisi Branislav İvanovichi dişlədi.

Buna görə Suarez 10 oyun buraxmalı oldu.

2011-ci ildə Suarezi Rusiyanın Zenit və Ukraynanın Şaxtar klubları almaq istəyirdi, Ancaq o dedi ki, “mən pul kisələri yox, futbol prizləri qazanmaq istəyirəm” və İngiltərənin Liverpool klubuna keçdi.

Liverpooldakı müqaviləsinə görə, Suarezi almaq istəyən klub 100 milyon funt sterlinq ödəməlidir.

Suarez Ayax-da 159 oyunda 111 qol vurub. Ayax tarixində ona qədər yalnız 3 oyunçu 100-dən çox qol vura bilmişdi.

Suarez Liverpool-da 113 oyunda 82 qol vurub.

Suarez Uruqvay, Hollandiya, İngiltərə birinciliklərində və Uruqvay yığmasında 364 oyunda 220 qol vurub.

XS
SM
MD
LG