Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:35

Azadlıq hərəkatının liderlərindən Əbülfəz Elçibəyin doğum günüdür


Əbülfəz Elçibəy

Əbülfəz Elçibəy

İyunun 24-ü Azərbaycanın keçmiş prezidenti, milli-azadlıq hərəkatının liderlərindən Əbülfəz Elçibəyin doğum günüdür.

Milli Şura üzvləri, siyasi partiya və ictimai təşkilatların nümayəndələri, gənc fəallar Əbülfəz Elçibəyin Fəxri Xiyabanındakı məzarını ziyarət edib, çıxış ediblər.

Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.

Onun prezidentliyi dövründə rus hərbçiləri Azərbaycandan çıxarılıb, milli valyuta dövriyyəyə buraxılıb, ali məktəblərdə rüşvətin qarşısını almaq üçün test imtahanı tətbiq edilib.

1993-cü ilin iyununda hərbi qiyamla devrilib, uzun sürən xəstəlikdən sonra 2000-ci ilin avqustunda Ankara xəstəxanasında 63 yaşında vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG