Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 23:25

Dünyaca məşhur yazıçılar Rusiyanın yalan təbliğatına qarşı


Mario Vargas Llosa
Mario Vargas Llosa
-

Dünyaca məşhur yazıçılar Kremlin Ukraynaya təcavüz fonunda rus ictimaiyyətini aldatmaq üçün istifadə etdiyi təbliğat üsullarını pisləyiblər.

Aralarında Nobel mükafatlı yazarlar Mario Vargas Llosa və Tomas Tranströmerin də olduğu bəyanat müəllifləri son vaxtlar Rusiyada qəbul edilən "söz azadlığına qarşı yönəlmiş qanun sunamisi"nə də etirazlarını bildiriblər.

Yazıçılar İnternet saytlarının məhkəmə qərarı olmadan bağlanmasını. Rusiya tarixinin müzakirə edilməsinin qadağan olunmasını, qeyri-hökumət təşkilatllarına basqıları, "homoseksuallığın təbliğatına qarşı" qanunları da pisləyiblər.

Rusiyanın Ukraynanın Şərqində sabitliyi pozduğunu, bununla da jurnalistlərin normal fəaliyyətinə əngəl yaratdığını, Kremlin Krımı zorakı yolla annaeksiya etdiyini vurğulayan bəyanat müəllifləri oradakı tatarların haqları ilə bağlı dərin narahatlıq keçirdiklərini də bildiriblər.

Guardian

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG