Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

Hakimiyyət mediası Helsinki dinləmələrindən yazır


Helsinki Komissiyasının sədri Benjamin Cardin
Helsinki Komissiyasının sədri Benjamin Cardin
-

İyunun 13-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


ÇİNGİZ HÜSEYN: «RUSİYA QAN QOXULU OYUNLARA GİRİŞİB»

Moskvada yaşayan azərbaycanlı yazıçı, professor Çingiz Hüseyn «Media forum» saytının Avrasiya İqtisadi İttifaqı ilə bağlı suallarını cavablandırıb. Azərbaycan Avropa İttifaqına yaxınlaşmalı, yoxsa Avrasiya İqtisadi İttifaqında təmsil olunmalıdır? Seçim Qarabağ problemi baxımından nə vəd edir? Çingiz Hüseyn bildirib:

«Keçmişi ilə, böyük imperiya arzuları ilə heç cür vidalaşmaq istəməyən, reallıqdan uzaq, dövrana zidd xülyalardan ayılmaq-ayrılmaq istəməyən müasir Rusiya son aylarda açıq-aydın qan qoxulu oyunlara girişib və yenicə yaranmış (bir növ Avropa İttifaqının, sanki dünyanın acığına) Avrasiya İqtisadi İttifaqı da bu oyunlardandır. Amma!... Məncə, dəvət qəbul olunmalı, Azərbaycan bu «birliyə», sizin dilinizlə desək, yaxınlaşmalıdır – amma-lakin bir şərtlə: fürsətdən istifadə edib yeni meydanı bu və ya digər forma-şəkildə Qarabağın xeyrinə çevirə bilsək!».

AZƏRBAYCANI RUSİYADAN QORUMAQ MODELİ HAZIRLANIR

«Yeni Müsavat» qəzeti Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso-nun Azərbaycana iyunun 14-də gözlənən səfərindən yazır. Rəsmi Rusiyanın təzyiqləri artarsa Azərbaycanın Avrasiya Birliyinə «Böyük Britaniya modeli» ilə daxil olması haqda danışılır. Məlumata görə, bu, Azərbaycana imkan verəcək ki, ittifaqa istisnalarla üzv olsun və enerji siyasəti də daxil olmaqla, özünün əsas makroiqtisadi siyasətində müstəqilliyini qoruyub saxlasın. Bu zaman Azərbaycan ittifaqa üzv olur, amma əsas strateji siyasətində müstəqilliyini qoruyub saxlaya bilir. Bu təklifin Barroso-nun Bakıya kritik hesab oluna biləcək səfəri ərəfəsi gündəmə gətirilməsi də maraq doğurur.

ÖLKƏYƏ MAŞIN İDXALI 35-40 FAİZ AZALIB

«Azadlıq» qəzeti: Son iki ayda Azərbaycana avtomobil idxalı 35-40 faiz azalıb. Bunu «Trend»ə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib. Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə bu ilin aprel ayının 1-dən başlanılan Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Qeyd edilən ekoloji standarta cavab verməyən avtomobillərin Azərbaycana idxalı qadağan edilib.

ReAL Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli avtomobil idxalının kəskin aşağı düşməsinin dövlət büdcəsinə daxilolmalara təsir edəcəyini düşünür. «Azərbaycanın gömrük rüsumlarının yığımında mühüm yerlərdən birini avtomobillərdən yığılan rüsumlar təşkil edir. 2013-cü ilin məlumatına görə, dövlət büdcəsinə 1.1 milyard manata yaxın gömrük yığımı rüsumları daxil olub. Bunun da təqribən 15-20 faizi gətirilən maşınlara görə alınan rüsumlardandır. İdxalın 40 faiz enməsi avtomobil rüsumlarından büdcəyə gələn gəlirlərin azalmasıyla nəticələnəcək».

HAKİMİYYƏT MEDİASI HELSİNKİ DİNLƏMƏLƏRİ BARƏDƏ

«Azərbaycan» qəzeti iyunun 11-də ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələrindən yazıb.

Yazıda həmin dinləmələrdə çıxışçıların ABŞ-ın Azərbaycanla münasibətlərdə maraqlı olması, bu ölkənin terrorçuluqla mübarizəyə verdiyi dəstək və digər müsbət məqamlar vurğulanıb. Qeyd edək ki, tədbirdə Azərbaycanda insan haqlarının durumu kəskin tənqid olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG