Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

ABŞ səfirliyi hakimiyyətyönlü saytın yazdıqlarına reaksiya verdi


1news.az
1news.az
-

13 İYUN

Səfirliin münasibəti


«Helsinki Komissiyasındakı dinləmələr özlüyündə hər şeyi deyir. ABŞ Dövlət Katibinin müşavirləri Eric Rubin və Tom Melia-nın verdikləri ifadələr münasibətlərin əhəmiyyətini göstərir». Bunu Bakıdakı ABŞ Səfirliyi deyir. Səfirliyin mətbuat xidməti AzadlıqRadiosunun hakimiyyətyönlü 1news.az saytının Helsinki dinləmələrini tənqid edən yazısına dair sorğusunu cavablandırıb.

«Amerika diplomatiyasının üzü» adlanan məqalədə dinləmələrin Bakıya təzyiq məqsədilə təşkil olunduğu bildirilirdi.

«Məqalədəki fikirlər absurd və tamamilə yalandır. Oxşar məkrli iddiaları hazırlayıb yayanlar açıq-aşkar bizim Azərbaycanla münasibətlərimizə zərbə vurmağa çalışırlar.

Dövlət katibinin müşaviri Melia-nın dedikləri bizim Azərbaycanda insan haqlarının durumundan narahatlığımızı göstərir. Biz demokratik institutların gücləndirilməsi üçün Azərbaycanla işləmək öhdəliyimizə sadiq qalırıq», deyə səfirlik vurğulayır.

***

12 İYUN

Hakimiyyətyönlü sayt Amerika rəsmilərini hədəfə alıb


Hakimiyyətə yaxın 1news.az saytı Helsinki Komissiyasının Azərbaycanla bağlı ABŞ-da keçirdiyi növbədənkənar dinləmələrini şərh edib. «Amerika diplomatiyasının üzü» adlı məqalədə öncə ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar-ın Azərbaycanın daxili işlərinə qarışması cəhdinin uğursuzluğa düçar olduğu vurğulanır. Daha sonra qeyd edilir ki, dinləmələr həm səfir Richard Morningstar-ın müdafiəsi, həm də rəsmi Bakıya təzyiq göstərmək məqsədi ilə təşkil olunub.

Son iki ildə Ermənistan və Gürcüstanla bağlı heç bir hesabat yaymayan komissiyanın bu müddətdə Azərbaycanı 10 dəfə tənqid hədəfinə çevirməsi «1news.az»ın gözündə təzyiq kimi görünür. Dinləmələrdəki məruzəçinin – Thomas Melia-nın «qaranlıq» keçmişinə diqqət çəkən sayt onun Azərbaycanda məşhur olan «qırmızı xətt» ifadəsini də yada salır.

Məqalədə «Freedom House»dan ermənipərəst təşkilat, Thomas Melia-dansa bu təşkilatın kuratoru kimi bəhs olunur. Onun əvvəllər rəhbəri olduğu Milli Demokratiya İnstitutunu (NDI) Azərbaycan müxalifətçilərinin «pul kisəsi» sayan müəllif (və ya müəlliflər) bu qurumun ABŞ Demokratiyaya Dəstək Fondunun (DDF) 4 «peyk»indən biri olduğunu qeyd edir. Həmin fondun Azərbaycanda hansı QHT və şəxslərə nə qədər maliyyə ayırmasına dair siyahı da məqalədə yer alıb.

Məqalədə «Human Right Watch» təşkilatının da Azərbaycana «qərəzli» mövqe nümayiş etdirdiyi vurğulanır.
XS
SM
MD
LG