Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 14:03

59 tankın qabağını kəsən adam kim idi?


"Tank adam", 5 iyun 1989-cu il, Pekin
"Tank adam", 5 iyun 1989-cu il, Pekin
-

25 il qabaq Çin hökuməti demokratik hərəkatı qan gölündə boğdu.

Pekindəki Tiananmen meydanında demokratiya, islahat tələb edən minlərlə insana tanklardan atəş açıldı.


Ertəsi gün – 1989-cu il iyunun 5-də meydana yaxın Chang'an xiyabanında 59 tanklıq karvanın qarşısını kəsən adamın cəsarəti hamını heyrətə gətirdi. Həmin təsvir Çində demokratik hərəkatın simvoluna çevrildi.

Beynəlxalq mediada adına “Tank Man” (Tank adam) deyilən, həmin gün ağ köynək, qara şalvar geyən, əlində iki bazar zənbili tutan şəxs kim idi?

“Time” jurnalı “Naməlum üsyançı” adı verdiyi həmin şəxsi özünün 1998-ci ildə tərtib etdiyi “Əsrin 100 mühüm adamı” siyahısına salmışdı.

“Naməlum üsyançı”ın kimliyi və taleyi haqda məlumatlar ziddiyyətlidir. (ardı aşağıda)


Öncə Britaniyanın “Sunday Express” qəzeti həmin şəxsin 19 yaşlı Wang Weilin olduğunu, ona qarşı “siyasi xuliqanlıq”, “Xalq Ordusuna qarşı çıxmaq” ittihamlarının irəli sürüldüyünü yazdı. Amma Çin hökuməti bunu təkzib etdi. Tankların qarşısına çıxan şəxsin kimliyini müəyyənləşdirə bilmədiyini, nə ölənlər, nə də tutulanlar arasında Wang Weil adlı şəxsin olmadığını bildirdi.

1999-cu ildə ABŞ prezidenti Niksonun keçmiş köməkçisi Bruce Herschensohn bildirmişdi ki, “tank adam” həbs edilərək 2 həftə sonra güllələnib. Başqa mənbələr onun Tinanmen etirazlarından 5 ay sonra edam edildiyini bildirirdilər.

Çin hökuməti isə bu illər ərzində “tank adam” təsvirindən öz ordusunun “humanistliyini” göstərmək üçün istifadə edib. Çünki tanklar qarşılarını kəsən adamı əzib keçmir, dayanır, onun yanından keçməyə çalışırlar, qarşıları yenə kəsiləndə bir də dayanırlar.

“Tank adam”ın qolundan tutub tank karvanının qarşısından kənara çəkən şəxslərin də kimliyi bəlli deyil. Bəziləri onların yoldan ötən adi insanlar olduğunu, bəzilərisə xüsusi xidmət orqanlarının mülki geyimli əməkdaşları olduğunu deyir.

“Tank adam”ın şücaətini bir neçə xarici jurnalist lentə alıb. Təxminən 800 metr uzaqlıqda olan “Pekin” otelinin balkonundan. Həmin lentlər sonradan Çindən gizli şəkildə çıxarılıb. Lenti çay qutusunda gizlədərək ölkədən çıxaran da olub.

“Newsweek”in əməkdaşı Charlie Cole-un çəkdiyi video isə məhv ediləcəkdi. Çinin xüsusi xidmət orqanlarının əməkdaşları onun otağına gəlib qanlı hadisələrin bütün lentlərini məhv edənə, özünü sorğu-sual edənə, “etiraf” ifadəsi alana qədər o, “tank adam”ın təsvirlərini tualetdə gizlədə bilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG