Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:17

Tiananmen etirazlarının ildönümündə təhlükəsizlik tədbirləri gücləndirilib


-

Çin paytaxtında Tiananmen Meydanı etirazlarının 25-ci ildönümündə təhlükəsizlik tədbirləri gücləndirilib. Polis və təhlükəsizlik qüvvələrinin Meydan və yaxınlıqdakı küçələrdə növbə çəkdiyi bildirilir.

Associated Press agentliyinin məlumatına görə, onlarla fəal, dissident və hökumət tənqidçisi mərasimdən əvvəl ya həbs olunub, ya ev dustaqlığındadır, ya da Pekindən uzaqlaşdırılıb.

Bununla belə rəsmilər Meydan hadisəsi zamanı ölənlərin bəzilərinin yaxınlarına polisin müşayiəti ilə onların qəbirlərini ziyarət etməyə icazə verib.

1989-cu ildə Pekinin Tiananmen Meydanında demokratiya tələb edən fəalların altı həftə davam edən mitinqini hökumət silahlarla dağıtmışdı. Çin hakimiyyəti bunu «əksinqilabi üsyan» adlandırır. Aksiya dağıdılarkən yüzlərlə dinc sakin öldürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG