Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:59

Abxaziyada yalnız ermənilər müstəqillik istəmir - Mətbuat icmalı


ABŞ İranın bomba düzəltməsini gözdən qaçıra bilər, 50 il qabaq CİA Çinlə bağlı belə bir səhvə yol verdi. Abxaziyada küçəyə çıxan müxalifət nə istəyir? Gürcüstanın Bolnisi rayonunda qızıl dilemması.

Dünya mediası bu gün nə yazır?


National Interest məcmuəsi yazır ki, 50 il qabaq Mərkəzi Kəşfiyyat İdarəsi CİA ABŞ prezidentinə Çinin nüvə proqramı ilə bağlı öz təhlililini verdi.

Təhlilə səbəb kosmosdan çəkilən şəkil idi. Həmin hadisədən 3 həftə əvvəl çəkilən şəkli təhlil edən CİA bu nəticəyə gəlirdi ki, bu, şübhəsiz nüvə sınağı obyektidir. Ancaq onun işləməsi üçün Çinin kifayət qədər nüvə materialı yoxdur. CİA ehtimal edirdi ki, bir ildən tez Çinin burda nüvə sınağı ola bilməz.

Çin isə bu deyiləndən 7 həftə sonra - 1964-cü ilin oktybarında nüvə sınağı keçirdi.
National İnterest yazır ki, ABŞ vaxtilə Çinin nüvə imkanlarını düzgün qiymətləndirmədiyi kimi indi də hökumət heç nə etməyə bilər və bu da İrana imkan verə bilər ki, öz bombasını düzəltsin.

ABXAZİYADA YALNIZ ERMƏNİLƏR...

Financial Times qəzeti yazır ki, Abxaziyada son 10 ildə ən böyük nümayiş olub. Küçələrə 5 min adam çıxıb. Onlar prezidentin və hökumətin istefasını tələb edir.
Etirazçılar nə istəyir? Adı çəkilməyən təhlilçi qəzetə deyib ki, Abxaz siyasətçiləri düşünürlər ki, Moskva Krıma bu qədər pul verir, bizə niyə verməsin?

Qəzet xatırladır ki, Abxaziya büdcəsinin 70 faizi Moskvadan gəlir.

Britaniyalı təhlilçi Tomas de Waal isə deyir ki, “Maydan effekti də” ola bilər. “Abxaz müxalifətçiləri yoxlamaq istəyirlər ki, prezident Ankvabın Moskvada dayaqları necədir? Moskva onu əvvəlki kimi dəstəkləyirmi? “

Müxalifətçilərin nə istədiyini onların özlərindən soruşanda da mənzərə aydınlşamır.
2011-ci ildə prezident seçkilərini Ankvaba uduzan keçmiş eks-vitse prezident Raul Khadzhimba deyir ki, Abxaziya iqtisadiyyatı Rusiyadan maliyyələşmədən həddən çox asılıdır. Ancaq qəzet yazır ki, Khadzhimbanın dedikləri Rusiyadan uzaqlaşmaq demək deyil. Khadzhimba keçmiş KQB agentidir.

Küçəyə çıxan müxalifət liderlərindən olan yazıçı və siyasətçi Daur Zantaria isə hesab edir ki, əksinə, Abxaziya Rusiyaya daha çox inteqrasiya etməlidir.

Qəzet Levada mərkəzinin keçirdiyi sorğunun nəticələrini də yazır ki, abxazların böyük əksəriyyəti müstəqilliyin tərəfdarıdır. Sorğuda milli azlıqlar arasında yalnız erməni azlığı Rusiyanın tərkibinə daxil olmağa tərəfdardır.

GÜRCÜSTANIN DİLEMMASI

Gürcüstan dilemma ilə üz-üzə qalıb. Bolnisi regionunda qızılı çıxartsın, ancaq bu zaman unikal tarixi irsi dağıtsın, yoxsa bu arexeoloji irsi saxlasın, ancaq qızıl da qalsın?

Bolnisidə Sakdrisi areoloji rayonu bir təpədən ibarətdir.

BBC yazır ki, mədən arxeologiyası üzrə aparıcı mütəxəssis , almaniyalı alim Thomas Stoellner gürcü həmkarları ilə birlikdə 10 ildir ki, Sakdrisini araşdırır.

Professor deyir ki, elə birinci dəfədən çəkic daşlar tapıldı.Bu daşlar mədən işlərində əsas alətdir. Belə daşlardan minlərlə tapılıb. O ehtimal edir ki, təpənin içində olan tunellərin 5400 yaşı var.

Bu ehtimalı yoxlamaq üçün karbon üsulu ilə tarixi müəyyənləşdiriblər və bu üsul həmin yerin təxminən 5000 yaşı olduğunu göstərib. Bu, təkcə indiyədək tapılmış ən qədim mədən deyil, 5 min il əvvəl belə mədənlərin ola bilməsi həm də tarix barədə təsəvvürləri dəyişir.

Professor ehtimal edir ki, bu yaxınlarda Azərbaycanda tapılmış spiral qızıl sırğaların da izi gedib Sakdrisi mədəninə çıxır.

Gürcüstanın baş naziri İrakli Garibashvili isə deyir ki. bütün bu deyilənlərin elmi sübutu yoxdur. Hökumət Sakdrisidən buranın tarixi irs olduğunu bildirən lövhəni də yığışdırıb. Bütün bunlara səbəb isə odur ki, bu mədən Rusiyanın RMG şirkətinə verilib. RMG Gürcüstan iqtisadiyyatının böyük sərmayəçisidir.

Garibashvili deyir: “İnvestor Gürcüstan iqtisadiyyatına artıq 300 milyon dollar sərmayə qoyub. Şirkətin 3 min işçisi var. Bu isə 3 min ailə deməkdir”. RMG bildirir ki, mədəndə olan qızıl və mis Gürcüstanın bütün ixracının 10 faizi ola bilər.

Şirkətin ehtimalına görə, burda 14 tonn qızıl var. Özü də bu qızılın 30 faizi elə təpənin altındadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG