Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:06

Abxaziyada aksiyaçılar dövlət televiziyasını tutublar


Prezident administrasiyası qarşısında mitinq
Prezident administrasiyası qarşısında mitinq
-
Gürcüstanın separatçı Abxaziya regionunun de fakto prezidenti müxalifətin prezident administrasiyasını tutmasını «silahlı çevriliş cəhdi» adlandırıb.

Ancaq Aleksandr Ankvab mayın 28-də abxaz televiziyasına deyib ki, «hələ ki vəziyyəti hüquqi çərçivəyə salmaq şansı var». O, Abxaziyada qaldığını vurğulayıb, ancaq olduğu yeri açıqlamayıb.

Ankvab onu da söyləyib ki, «bəziləri silahlı olan xeyli sayda adam» dövlət televiziyasını tutub.

Gürcüstanın separatçı Abxaziya regionunda nümayişçilər prezident aparatına hücum çəkərək binanı talan edib. Minlərlə etirazçı mayın 27-də hökumətdən islahat tələbi ilə aksiya keçirib.

Onlar bir neçə dəfə prezident Aleksandr Ankvab-ın ofisinin yerləşdiyi binaya hücum cəhdi edib, nəhayət pəncərələri qıraraq binaya daxil olub.

Ankvab müxalifət lideri Raul Khajimba ilə görüşə razılaşıb. Ankvab daha sonra hökuməti buraxmağa razılaşdığını elan edərək binadan çıxa bilib. Nümayiş davam edib, müxalifət Ankvab-ın istefasını istəyib.

Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionları 2008-ci ildə qısa Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva tərəfindən tanınıb. Ancaq az sayda ölkə onların müstəqilliyini tanıyıb. Gürcüstan bu regionları özünün tərkib hissəsi sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG