Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 18:32

Bakıda AŞPA Daimi Komitəsinin iclası keçirilib

Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilir. İclasda AŞPA prezidenti Anne Brasseur, AŞ-nin baş katibi Turbjorn Yagland, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, AŞPA Nazirlər Komitəsinin sədri, Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edir.

Daimi Komitənin iclası Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.

İclasda miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları, Milli İnsan Hüquqları institutları ilə parlamentlər arasında bərabərlik və qeyri-ayrıseçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunacaq.

Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
09:51 23.5.2014
Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilir.

İclası AŞPA prezidenti Anne Brasseur açaraq, Azərbaycanı AŞPA Nazirlər Komitəsinin sədr seçilməsi münasibəti ilə təbrik edib. Daha sonra Ukraynadakı vəziyyətə toxunub, deyib ki, ərazi bütövlüyü bizim üçün prioritetdir:
«Bu, təkcə Ukrayna məsələsində deyil, Azərbaycanın ərazi bütövlüyü də bura aiddir. Biz bütün üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik. Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına üzv olanda öz üzərilərinə öhdəlik götürüblər. Və buna əmin etməlidirlər. Sizi əmin edirəm ki, biz sizə dəstək verəcəyik və siz bizə əmin ola bilərsiniz. Biz insan hüquqları və qanunun aliliyi çərçivəsində öz fəaliyyətimizi davam etdiririk. İslahatları gücləndirmək lazımdır. Cənab spiker, cənab nazir (red: XİN Elmar Məmmədyarov) xüsusən də ifadə azadlığı, sərbəst toplaşma, korrupsiyaya qarşı mübarizədə fəaliyyətinizi daha da gücləndirin. Biz hesabatlara baxanda görürük ki, vəziyyət pisləşməkdədir. Məlumat alırıq ki, bloqqerlər həbs edilir, onlara təzyiqlər olunur. Biz hesab edir ki, üzv dövlətlərdə bu hallar olmamalıdır. Dünən mən prezident İlham Əliyevlə görüşdüm, dedim İlqar Məmmədov və daha bir neçə nəfəri görmək istəyirəm. Dedi, siz onları yaxın günlərdə görə bilərsiniz. Mən də ümid edirəm ki, belə bir görüş olacaq. Problemlərə məhəl qoyulmayanda onlar həll olunmur. Bunu təkidlə deyirəm ki, biz problemləri birgə həll etməliyik».

O sonda qeyd edib ki, iclasda iştirak etməli olan bir nümayəndənin vizasının ləğv olunması onları ciddi narahat edir: «Ötən gün büro qərar qəbul edib ki, iki il ərzində Azərbaycanda büro iclası keçirilməsin. Biz öz qaydalarımıza ciddi əməl edirik. Buna çox təəssüf edirəm, amma bu belə olmalı idi».
10:44 23.5.2014


Elmar Məmmədyarovdan soruşublar ki, onun üçün ifadə və media azadlığı nə deməkdir? Maraqlı sualdır. Yəqin filosofsayağı cavab gələcək

Davamı

XS
SM
MD
LG