Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

Bakıda AŞPA Daimi Komitəsinin iclası keçirilib


Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilir. İclasda AŞPA prezidenti Anne Brasseur, AŞ-nin baş katibi Turbjorn Yagland, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, AŞPA Nazirlər Komitəsinin sədri, Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edir.

Daimi Komitənin iclası Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.

İclasda miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları, Milli İnsan Hüquqları institutları ilə parlamentlər arasında bərabərlik və qeyri-ayrıseçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunacaq.

Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
15:05 23.5.2014
14:10 23.5.2014
13:34 23.5.2014
13:24 23.5.2014
İDMANDA MANİPULYASİYALARA QARŞI KONVENSİYA LAYİHƏSİ BƏYƏNİLDİ

Avropalı deputatlar İdman yarışlarının nəticələrinin manipulyasiyasına qarşı Avropa Şurası konvensiya layihəsini müzakirə edirlər. İtaliyalı deputat Diaz Tejera belə bir konvensiyanın qəbul olunmasının mühüm addım olduğunu deyir:
"Hesab edirəm ki, bu konvensiya qəbul olunmalıdır, idmandakı cəngəllik qanunları aradan qaldırılmalı, dələduzluqların qarşısı alınmalıdır".

Deputatların bir sıra təkliflərindən sonra layihə qəbul olundu.

Hazırda iclasın gündəliyində olan miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələ müzakirə edilir. İsveçrədən olan deputata Doris Fiala hesabatla çıxış edir.

Doris Fiala miqrantlar arasında daha çox yolxucu xəstəliklərin yayılması halarının olduğunu diqqətə çatdırıb. O bildirib ki, bununla Avropa Şurası miqrasiya siyasətinə insanların qorunması istiqamətində mühüm dəyişikliklər edilməlidir:
"Krımda 11 min HİV xəstəliyinə yoluxmuş şəxslər var. Rusiya oranı tutandan sonra həmin insanların müalicəsi yarımçıq qalıb. Rusiya Federasiyası bu insanların müalicəsi üçün heç bir vəsait ayırımır. Onlara maliyyə vəsaitinin ayrılması və dərman preparatlarının göndərilməsini məlum səbəblərdən Ukrayna da dayandırmaq məcburiyyətində qalıb. Ukrayna hökuməti bu məsələdən ciddi narahat olduğunu bəyan edib".

Davamı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG