Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:37

Nəşriyyat “Azadlıq” qəzetinə 10 gün möhlət verdi


.

“Azərbaycan” nəşriyyatı 18 min manat borcunu ödəmək üçün “Azadlıq” qəzetinə iyunun 1-ə kimi vaxt verib.

Nəşriyyatın mayın 20-də “Azadlıq”a göndərdiyi məktubda qeyd olunur ki, əks halda qəzetin nəşri dayandırılacaq.

Qəzetin direktoru Rahim Hacıyev borcun tələb olunmasını siyasi təzyiq sayır və hesab edir ki, bu addım qəzetin bağlanılmasına yönəlib:

“Qəzetimiz ciddi maliyyə çətinliyi ilə üz-üzədir. Hətta işçilərin 2 aylıq maaşlarını ödəyə bilməmişik. Bu bizim günahımız yox, daha çox qəzetə qarşı atılan addımların nəticəsidir.

Biz uzun müddətdir ki, “Qasid” mətbuat yayımı firmasından satılan nüsxələrin pullarını ala bilmirik. Firmanın bizə 70 min manat borcu var. Üstəgəl, metrodakı və səyyar satışı da qadağan etdilər. Biz nəşriyyatın dediyi müddətdə borcu qaytara bilməyəcəyik. Heç, hissə-hissə ödəməyə də imkanımız yoxdur”.

“Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılova isə qəzetə göndərdikləri məktubun siyasi təzyiqlə heç bir əlaqəsinin olmadığını bildirir:

“Heç bir təzyiqdən söhbət gedə bilməz. Sadəcə borcları var, istəyirik. Bir neçə dəfə bu cür problemlə üzləşmişik. Gətirib bir hissəsini ödəyiblər, biz də güzəşt etmişik. İndi də güzəşt etməyə hazırıq.”

Keçən ilin noyabrında da nəşriyyat "Azadlıq" qəzetinə borclarını ödəmək üçün möhlət vermişdi. O zaman nəşriyyatın rəhbəri Ağabəy Əsgərov nəşriyyata göndərdiyi məktubunda qeyd edirdi ki, qəzetin nəşriyyata ödənişlərini vaxtında vermədiyindən onlar da çətin maliyyə durumuna düşüb. sonradan redaksiya borcun bir hissəsini ödədiyindən problem aradan qalxmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG