Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:47

Nəşriyyat «Azadlıq» qəzetinə noyabrın 12-dək vaxt verdi


«Azadlıq» qəzeti
«Azadlıq» qəzeti
-
«Azərbaycan» nəşriyyatı «Azadlıq» qəzetinə noyabrın 12-dək vaxt verib. Həmin tarixədək qəzet nəşriyyata olan borcunu ödəməlidir.

Bu barədə AzadlıqRadiosuna qəzetin baş redaktorun birinci müavini Rahim Hacıyev məlumat verib:

««Azərbaycan» nəşriyyatına 20 min manat borcumuz var, nəşriyyat direktoru adından bizə noyabrın 7-də məktub gəlib. Həmin məktubda borcun noyabrın 12-dək ödənilməsi tələb edilir, əks halda qəzetin çapının dayandıracağını bildirir».

Rahim Hacıyev nəşriyyata borcun yaranmasını «Qasid» mətbuatyayımı firmasının onlara satdıqları qəzetin pulu ödəməməsi ilə izah edir:

««Qasid» mətbuatyayımı firması satılan qəzetlərin pulunu xeyli müddətdir ödəmir. Bundan başqa məhkəmə çəkişmələri ilə əlaqədar qəzetin hesabına həbs qoyulub və biz hesabımıza gələn pulları götürə bilmirik».

Bir neçə məhkəmə qərarı ilə oktyabrın 24-dən «Azadlıq» qəzetin bank hesabına həbs qoyulub. Satışdan gələn pul cərimələrin ödənilməsinə yönəldilir.

«Binə» Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova qəzetin 32 min, Bakı metropolitenin rəisi Tağı Əhmədovun isə 30 min manat cərimə olunması ilə bağlı məhkəmədə iddia qaldırıblar. Hər iki iddia təmin olunub. Qəzet qarşısında cərimələrin 10 günə ödənilməsi tələbi qoyulub. İcranı gecikdirdiyi üçün qəzet daha 3 min manat cərimə olunub.
XS
SM
MD
LG