Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

Alim Qasımov Tehranda möhtəşəm konsert verdi


-

Azərbaycanın xalq artisti Alim Qasımov mayın 13-də Tehranda möhtəşəm konsert proqramı ilə çıxış edib.

APA-nın "Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Tehran Beynəlxalq Sərgi Mərkəzinin "Milad” salonunda baş tutan konsertin təşkilatçısı təbrizli şair Xosrov Sərtpi olub.

Konsertdə İranda öz tarixi torpaqlarında yaşayan azərbaycanlı musiqi həvəskarları iştirak ediblər. A.Qasımov bildirib ki, yenidən İranda konsert proqramı ilə çıxış etdiyinə görə çox xoşbəxtdir: "Bəzən insan qocaldığını hiss edəndə səsinin də tükəndiyini düşünür. Lakin bu gecə buraya toplaşan insanların bizim işimizi belə yüksək qiymətləndirdiyini və ürəkdən bizi alqışladığını görəndən sonra sonsuz dərəcədə sevinirəm”.

Qeyd edək ki, A.Qasımov mayın 20-dən 29-dək Təbriz və Ərdəbil şəhərlərində də silsilə konsertlər verməyi planlaşdırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG