14:42
24.4.2014
Slavyanskda çəkildiyi iddia olunan foto. Müəllif yazır ki, Ukrayna hökumət qoşunları "federalizasiya tərəfdarlarının" barrikadalarına hücum edir
14:52
24.4.2014
- Ukrayna hərbçiləri bir neçə istiqamətdən Slavyanska yaxınlaşıb. Yerli sakinlər şəhər üzərində vertolyotun fırlandığını deyirlər. Separatçılar şəhərin Kombikorm fabriki yaxınlığında təkərləri yandırırlar.
- Ukrayna Təhlükəsizlik xidmətinin nümayəndəsi Marina Ostapenko mətbuata açıqlamasında bildirir ki, hökümət Slavyansk şəhərinə nəzarət etmir. Oradakı atəş və yanğınlar şəhərdə hakimiyyəti zəbt etmiş separatçıların əməlləridir. Onun sözlərinə görə, silahlı separatçılara qarşı əməliyyat başlasa da təhlükəsizlik qüvvələri günahsız adamların təsadüfən tələf olmasında ehtiyyat edirlər.

15:45
24.4.2014
Slavyansk ətrafında vəziyyət gərgin olaraq qalır. Ukrayna hakimiyyəti şəhər üzərində əhaliyə antiterror əməliyyatı haqda vərəqələr səpələyib. Separatçıların şəhərdəki rəhbəri Ponomarev üstündə bu vərəqələr tapılan şəxslərə qarşı silah işlədiləcəyi ilə hədələyib.
Aşağıda təqdim etdiyimiz bu videonun Slavyanskda çəkildiyi iddia olunur.
Aşağıda təqdim etdiyimiz bu videonun Slavyanskda çəkildiyi iddia olunur.