Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:21

Marquez xərçəng xəstəsi deyil


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez
-
Yazıçının çoxillik dostu olan Kolumbiya prezidenti Juan Manuel Santos belə deyib.

ONKOLOJİ XƏSTƏ DEYİL!

Türkiyə mediası Argentinanın «Telam» agentliyinə dayanaraq məşhur yazıçı Gabriel Garcia Marquez-in onkoloji xəstə olmadığını bildirib.

Bu barədə yayılan xəbərin gerçəyi əks etdirmədiyini yazıçının dostu, Kolumbiya prezidenti Juan Manuel Santos dilə gətirib:

«Marquez-in xərçəng xəstəsi olduğuna dair Meksika qəzetinin dərc etdiyi məlumat doğru deyil».

YAZIÇI PNEVMONİYADAN MÜALİCƏ ALIR

Prezidentin sözlərinə görə, Marquez-də pnevmoniya tapılıb və bu xəstəlik artıq nəzarətə götürülüb:

«Bir daha deyirəm, – bunu yazıçının ailəsi də xahiş edib, o, xərçəng deyil».
Marquez bir həftə öncə Meksika paytaxtındakı klinikalardan birinə yerləşdirilmişdi.
İndi o, antibiotiklərlə müalicə kursu keçir.

MARQUEZ NİYƏ MƏŞHURDUR?

Garcia Marquez – Kolumbiyanın ünlü nasiri, jurnalist, naşir və siyasi xadimidir.
O, 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.

Görkəmli yazıçı «tilsimli realizm» ədəbi cərəyanının təmsilçisi sayılır.

O, Latın Amerikasının, bütövlükdə 20-ci əsr dünya nəsrinin azman sənətkarlarından biri, dünyaca məşhur «Yüz ilin tənhalığı», «Patriarxın payızı», «Polkovnikə yazan yoxdur» əsərlərinin müəllifidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG