Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:20

Marquez 87 yaşında - FOTO


Marquez jurnalistlərlə, 6 mart 2014 (www.milenio.com)
Marquez jurnalistlərlə, 6 mart 2014 (www.milenio.com)
-

Dünyaca məşhur Kolumbiya yazıçısı Gabriel Garcia Marquez martın 6-da 87 yaşını yüksək əhval-ruhiyyədə qarşılayıb.

Fox News Latino yazır ki, doğum günündə dar çevrədə, yaxınlarını başına toplayan yazıçı Mexikodakı evinin qarşısına toplaşan jurnalistlərin də önünə çıxıb.

"Gabo" səhərdən evinin qarşısına toplaşan 25-dək media mənsubunun önünə günortadan sonra çıxıb.

Boz kostyum geyən, gülümsəyən yazıçı jurnalistlərin onun şərəfinə "Mañanitas" (Meksikada ənənəvi ad günü nəğməsi) oxumasına qulaq asıb.

"Yüz il tənhalıqda" romanının müəllifini yaxınları müşayiət ediblər. O heç bir açıqlama verməyib.

Nəğməni oxuyub qurtaran jurnalistləri alqışlayıb. Bir qadına avtoqraf verib. Və içəri girib.

Bundan əvvəl dostları ona ad günü tortları və sevdiyi sarı qızılgül və səhləb çiçəyi dəstələri göndəriblər.

Marquez Meksikaya 1961-ci ildə gəlib.

Yazıçının son illərdə demensiya xəstəliyindən əziyyət çəkdiyi deyilir. Demensiya - ağlın zəifləməsi, əvvəllər əldə edilmiş bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji haldır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG