Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:39

Ukrayna Milli Qvardiyasının bazasına hücum olub, ölənlər var

- Ukrayna ordusu Kramatorska daxil olur, lakin silahlı separatçılar tərəfindən tərksilah olunurlar

- Ukrayna ordusundan ələ keçirilmiş zirehli texnika Slavyansk şəhər icra hakimiyyətinin binasını nəzarətə götürür. (Başqa versiyaya görə zirehli texnika separatçılara könüllü təslim edilib)

- Donetsk şəhər bələdiyyəsinin binasını zəbt edən separatçılar siyasi tələblər irəli sürürlər.

- Ukrayna təhlükəsizlik xidməti separatçıların telefon danışığının səsini yayıb. İddia olunur ki, onlara əmr verən şəxs Rusiya hərbi kəşfiyyatı qərargahının zabitidir


Hadisələri bizim LiveBlog-da izlə.

Ən son xəbərlər yazının yuxarı bölümündədir.
Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
13:16 13.4.2014
KİYEVDƏ TƏCİLİ TOPLANTI

Kiyevdə Ukrayna prezidentinin vəzifələrini icra edən parlamentin sədri Oleksandr Turchynov sədrliyi ilə aprelin 12-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclası keçirilib.

İclasda Ukraynanın şərqindəki vəziyyətin normallaşması müzakirə olunub.

Bu haqda Ali Radanın mətbuat xidməti məlumat yayıb.

Müzakirələr və qəbul olunan qərarlar haqda ətraflı məlumat verilmir.

Qeyri-rəsmi məlumatlara görə, iclasda vəziyyətin gərgin olduğu vilayətlərin qubernatorları iştirak edib. Onlar ölkənin şərqində fövqəladə vəziyyət rejiminin tətbiqinin mümkünlüyü haqda müzakirələr aparıb.

Yerli medianın məlumatına görə, müzakirələr getdiyi vaxt Maydan fəalları və sadə kiyevlilər iclasın keçirildiyi Daxili İşlər Nazirliyinin binası qarşısına toplaşıb. Onlar hökumətdən qəti tədbirlər görülməsini tələb ediblər.
14:33 13.4.2014
DONBASDA HÖKUMƏTDƏN TƏLƏB: SİLAHLILARA QARŞI TƏDBİR GÖRÜN

Donbas vətənpərvər qüvvələr komitəsi Ukrayna hökumətindən regionda silahlı adamlara qarşı qəti tədbirlər görməyi tələb edib.

Bu barədə UNİAN agentliyinə komitənin mətbuat xidmətindən məlumat verilib.

Komitə bütün siyasi tərəfləri radikal hərəkətlərdən çəkinməyə, münaqişəni dinc vasitələrlə həll etməyə çağırıb.

Davamı

XS
SM
MD
LG