Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:20

Terror hədələrinə baxmayaraq 7 milyon adam səs verdi


Kandahar vilayətindəki seçki komissiyası üzvləri bülletenləri sayır
Kandahar vilayətindəki seçki komissiyası üzvləri bülletenləri sayır
Hakimiyyətdən getmək üzrə olan prezident Hamid Karzai və Qərb liderləri Əfqanıstanda keçirilən 5 aprel seçkilərini ölkənin tarixi günü kimi iqymətləndirirlər.

İlkin məlumatlara əsasən Əfqənsıtanda 12 milyon səsvermə hüququ olan vətəndşdan 7 milyonu seçkilərdə iştirak edib. Beləliklə, prezident və yerli seçkilərdəki seçici fəallığı 58 faiz olub.

5 aprel seçkiləri Əfqanıstanda hakimiyyətin demokratik yolla əldən-ələ keçməsinin ilk nümunəsi sayıla bilər.

Televiziya ilə xalqa müraciətində president Karzai əfqanlıların Talibanın hücumlarına və pis hava şəraitinə əhəmiyyət vermədən seçki məntəqələrinə gəlməsini cəsurluq, seçkiləri isə “Əfqanıstanın böyük uğuru” adlandırıb.

Xatırladırıq ki, 2009-cu ildə, Hamid Karzai-nin president seçildiyi zaman Talibanın hücumları və çoxlu seçki qanunsuzluqları ilə müşahidə olunmuşdu.

Lakin bu dəfə, Talibanın növbəti hədələrinə baxmayaraq səsvermənin dinc və demokratik keçirildiyi bildirilir. Seçkilərin nisbətən dinc keçirilməsi güclü təhlükəsizlik tədbirləi ilə də izah etmək olar. Əfqanıstanın daxili işlər naziri Mohammad Umar Daudzai-nin məlumatına əsasən, son 24 saat ərzində 100-ə yaxın hücumlarda 20 nəfər, əsasən polis əməkdaşları həlak olub.

Seçki şikayətləri komissyasının sədri Sattar Saadat AzadliqRadiosuna bildirib ki, seçki pozuntuları haqda komitəyə onlarla şikayət daxil olub.

5 aprel seçkiləri Əfqansıtandakı beynəlxalq silahlı qüvvələrin ölkədən çıxarılması istiqamətində həlledici məqamdır. Qərb ölkələri özlərindən sonra Əfqanıstanda qərb demokratiyasına uyğun formalaşan və güclü siyasi rejim qoyub getmək istəyirlər. Diqqəti bu səsvermədə saxlayan Qərb liderləri dərhal bəyanatlarla çıxış edərək seçkilərin gedişini şərh ediblər.

ABŞ prezidenti Barack Obama deyib ki, seçkilər “Əfqanlıların öz talelərinin tamamilə özlərinin məsuliyyətinə keçməsi istiqamətində növbəti mühüm addımdır”. Onun sözlərinə görə, bu seçkilər Əfqansıtanın demokratik gələcəyinin təmin olunması üçün böyük əhəmiyyət kəsb edirdi.

BMT-nin Təhlükəsizlik Şurası, NATO-nun Baş katibi, Avropa Birliyinin xarici işlər komissarı və Qərbin digər siyasi xadimləri Əfqanıstandakı president seçkilərinin ilk gününü tarixi məqam və demokratiya istiqamətində vacin addım kimi qiymətləndirilər.

Xatırladırıq ki, Əfqansıtanda 5 aprel seçkilərində 8 namizəd iştirak edir. Onlardan 3-ü hazırkı president Hamid Karzai-dən estafeti almağa daha real namizəd sayılır. Sabiq maliyyə naziri Ashraf Ghani, vaxtilə ölkənin xarici işlər nazirləri olmuş Zalmai Rassoul və Abdullah Abdulah. Sonuncu 2009-cu il president seçkilərində Karzai-nin əsas rəqibi idi. Hamid Karzai isə bir neçə dəfə president seçilmək məhdudiyyəti haqda Əfqanıstan qanunlarına əsasən president yarışmasından kənardadır.

Prezident seçkilərinin ilkin nəticələrinin 24 apreldən sonra elan olunacağı gözlənilir. Əgər namizədlərdən hansısa 50 faizdən artıq səs toplaya bilməyibsə, ən çox faiz qazanan 2 namizədin iştirakı ilə yeni səsvermə keçiriləcək. Belə olan halda mayın 28-də prezident seçkilərinin 2-ci mərhələsi təşkil olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG