Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15
-
Aprelin 5-də Əfqanıstanda eyni vaxtda keçirilən prezident və bələdiyyə seçkilərində yüksək seçici fəallığının müşahidə olunduğu bildirilir.

Pis hava şəraiti səbəbindən bəzi regionlarda əhalinin məntəqələrə gəlməsi çətinləşdiyindən səsvermə müddəti uzadılıb.

Səsvermə zamanı bir nəfərin öldüyü barədə məlumatlar var.

Prezidentlik uğrunda 8 namizəd mübarizə aparır. 2001-ci ildən hakimiyyətdə olan indiki prezident Hamid Karzai namizədliyini irəli sürməyib. Onun üçüncü dəfə prezident olmasına ölkə konstitusiyası icazə vermir.

Rəsmilərin dediyinə görə, səsvermə günü «Taliban»ın təxribatlarının qarşısının alınmasına 350 mindən çox təhlükəsizlik əməkdaşı səfərbər olunub.
XS
SM
MD
LG