Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

IWF Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimə etdi


Valentin Hristov

Valentin Hristov

-
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcra Şurası Azərbaycan Ağır Atletika Federasiyasını yarım milyon dollar cərimələyib – bu məlumat federasiyanın saytında yerləşdirilib. Cəza Azərbaycanın 9 atletinin dopinq qəbuluna görə verilib.

IWF Azərbaycan Federasiyasını idmançı, məşqçi və həkimlərin iştirakı ilə bu faktı araşdırmağa çağırıb. Beynəlxalq qurum təqsirsiz idmançıların zərər çəkməməsini əsas götürdüyündən, Azərbaycan Federasiyasını üzvlükdən çıxarmayacaq.

Məlumatda o da deyilir ki, dopinq qalmaqalına baxmayaraq, federasiyanın icraçı orqanı özünün «günahsız atletləri cəzalandırmamaq» siyasətinə dayanaraq, Azərbaycanın Ağırlıqqaldırma Federasiyasını yarışlardan kənarlaşdırmamaq qərarına gəlib.

Dopinq qəbul etmiş idmançılara gəlincə, onlar Silviya Angelova, Sərdar Həsənov, Valentin Hristov, Kamran İsmayılov, Alona Kiriienko, Mərziyə Məhərrəmova, Kseniia Vyshnytska, İntiqam Zairov və Zülfüqar Süleymanovdur. Zülfüqar Süleymanovu çıxmaqla digərlərinə 2 il yarışlara qatılmaq yasaqlanıb. Zülfüqar Süleymanov daha öncə-2010-cu ildə də yarışlardan uzaqlaşdırıldığı üçün yarışlardan həmişəlik kənarlaşdırılıb.

Məlumatda idmançıların 9-nun da qanında yasaq anabolik steroidlər tapıldığı bildirilir.

«BU, AZƏRBAYCANIN ADINA BÖYÜK LƏKƏDİR»

İdman şərhçisi Sərxan Musayev deyir ki, başqa idman növləri ilə müqayisədə ağırlıqqaldırmada dopinq qalmaqalı daha çox olur. Sərxan Musayev

Sərxan Musayev

Onun sözlərinə görə, bu qədər sayda yerli idmançıdan dopinq ilk dəfə aşkar olunub:
«Dopinqin bədəndən çıxma müddəti var. Bu, 20 gün, 1 ay çəkə bilər. Yəqin ki, burda müddət uzun olub və dopinq qanda aşkar edilib. Azərbaycan tarixində belə bir şey olmamışdı ki, bir il ərzində 9 idmançı dopinqə «düşsün». Bundan əvvəl ağır atletikada belə olay baş vermişdi. O vaxt Nizami Paşayevdə, Zülfüqar Süleymanovda, Rövşən Fətullayevdə dopinq aşkarlanmışdı. Nəticə Azərbaycanın adına böyük ləkədir. İki il boyunca yeni komanda formalaşmalıdır. Cərimə ödənilməsə, komanda heç bir yarışa buraxılmayacaq».

AĞIR ATLETİKA FEDERASİYASININ İCRAÇI DİREKTORU İSTEFA VERİB

Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov AzadlıqRadiosuna deyib ki, bu hadisəyə görə o, aprelin 1-də istefa verib: İsgəndər Əsgərov

İsgəndər Əsgərov


«Buna görə mən öz vəzifəmdən istefa verdim. İdmançılar dopinqə düşəndə cərimə olur. Sadəcə, bu cərimə bir neçə il əvvəl çox az idi. İndi yeni qaydalar tətbiq olunub. Cərimələr 5 qat yox, 10 qat artıb. Beynəlxalq Federasiya özü üçün yaxşı pul qazanır. Dopinq elə bir şeydir ki, su ilə də ola bilər. Ağır atletikada elədir ki, cüzi miqdarda nəsə göstərəndə artıq dopinq sayılır. Yeməkdən, vitaminlərdən də çıxa bilər».

İsgəndər Əsgərov deyir ki, aprel ayında həmin idmançılar buraxılacaq, yeni komanda formalaşacaq:

«Yeni adamlar, yeni məşqçilər gəlməlidir. Məncə, belə olmalıdır. Hələlik, mən istefa vermişəm. Mən elə adamam ki, belə vəziyyətdə özüm istefa verməli idim».

Azərbaycan cəriməni 6 ay müddətində ödənilməlidir. Bu müddət ərzində azərbaycanlı ağırlıqqaldıranlar IWF-nin keçirdiyi yarışlara qatıla bilməyəcəklər.

Ölkə Ağır Atletika Federasiyasının rəhbəri «AzAL» prezidenti Cahangir Əsgərovdur.
XS
SM
MD
LG