Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

Azərbaycan ən çox mükafat vəd edən ölkədir: Qızıl Medala 510 000 dollar


-


Fevralın 7-dən 23-ə qədər Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında qalib gələn medalçılar təkcə evlərinə medal aparmayacaqlar. Onların əksəriyyəti həm yaxşı pul qazanacaqlar. Ən çox da Azərbaycanı təmsil edənlər...

AzadliqRadiosunun qısa araşdırmasına görə Azərbaycan olimpiya çempionlarına ən çox mükafat vəd edən ölkələrdən biridir. Amma o da var ki, Bakıda budəfəki olimpiadaya o qədər də ümidli deyillər.

Azərbaycanın bu olimpiadada 4 idmançı təmsil edəcək, hamısı da başqa ölkələrin vətəndaşlarıdır.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AzadlıqRadiosuna deyib ki, onlar idmançıların ancaq 10-luğa düşəcəyinə ümidlidirlər.

Beləliklə, ölkələr üzrə olimpiya medallarına verilən mükafatların məbləği:



Arxiv: London Olimpiadasında
Azərbaycan komandası,
27 iyul 2012
Azərbaycan:
Qızıl medal - 510 000 ABŞ dolları.
Gümüş medal - 255 000 ABŞ dolları.
Bürünc medal - 130 000 ABŞ dolları.




Arxiv: London Olimpiadasında
Ermənistan komandası,
27 iyul 2012
Ermənistan:
Qızıl medal - 30 000 ABŞ dolları.
Gümüş medal - 20 000 ABŞ dolları.
Bürünc medal - 10 000 ABŞ dolları.



Arxiv: Qazaxıstanlı Olga Rypakova
London Olimpiadasında
qələbəsi zamanı. 5 avqust 2012
Qazaxıstan:
Qızıl Medal - 250 000 ABŞ dolları
Gümüş medal - 150 000 ABŞ dolları
Bürünc medal - 75 000 ABŞ dolları



Arxiv: Belorus komandası
London Olimpiadasında.
27 iyul 2012
Belarus:
Qızıl medal - 150 000 ABŞ dolları.
Gümüş medal - 75 000 ABŞ dolları.
Bürünc medal - 50 000 ABŞ dolları.



Arxiv: Ukraynalı fanatlar Kiyevdə
stadionda.
Ukrayna:
Qızıl medal - 150 000 ABŞ dolları.
Gümüş medal - 75 000 ABŞ dolları.
Bürünc medal - 50 000 ABŞ dolları.



Arxiv: Rusiya idmançıları London Olimpiadasında, 27 iyul 2012
Rusiya:
Qızıl medal - 113 000 ABŞ dolları.
Gümüş medal - 71 000 ABŞ dolları.
Bürünc medal - 42 000 ABŞ dolları.



Arxiv: ABŞ idmançıları London Olimpiadasında, 31 iyul 2012
ABŞ:
Qızıl medal - 25 000 ABŞ dolları.
Gümüş medal - 15 000 ABŞ dolları.
Bürünc medal - 10 000 ABŞ dolları.




Arxiv: Almaniya bayrağı.
Almaniya (Özəl Deutsche Sporthilfe Fondu mükafat verir):
Qızıl medal - 20 000 ABŞ dolları.
2-8-ci yeri tutan idmançılara - 2 000 ABŞ dolları.




Arxiv: Vankuverdə Olimpiya
oyunları zamanı qurulan mətbuat
mərkəzi. 12 fevral 2010
Kanada:
Qızıl medal - 9 000 ABŞ dolları.
Gümüş medal - 6 800 ABŞ dolları.
Bürünc medal - 4 500 ABŞ dolları.
XS
SM
MD
LG