Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:59

Dövlət Neft Fondu xaricdə 447 milyon dollara ofis alıb


«Payn Avenyu» ofis kompleksi
«Payn Avenyu» ofis kompleksi
-
Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seulda yerləşən və dəyəri 447 milyon ABŞ dolları olan «Payn Avenyu A qülləsi» ofis kompleksini alıb.

Bu barədə məlumat Fondun internet səhifəsində yerləşdirilib.

Məlumatda deyilir ki, bu, Neft Fondunun Asiya və Sakit okean hövzəsində həyata keçirdiyi bu tipli ilk investisiyadır.

«Payn Avenyu A qülləsi» Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir.

Tikintisi 2011-ci ildə başa çatan binanın ümumi ərazisi 65 000 kvadratmetrdir. Xalis illik icarə haqqı 23.4 milyon ABŞ dolları təşkil edir.
«Bu, əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik» - Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. 1 mart 2014-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 36 milyard 319 milyon ABŞ dolları təşkil edir.

Seulda ofis kompleksinin alınması «ARDNF-nin valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar»a, bu qaydalara uyğun olaraq qəbul olunmuş yeni investisiya siyasətinə əsasən həyata keçirilib.

Yeni investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG