Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Güclü külək bölgələrdə yanğına səbəb olub

Iran – A boy jumps through the fire in an ancient festival called Chaharshanbe Suri Wednesday Fire, held on the last Wednesday prior to Norouz (Norouz, Nowruz, Nowroz, Navruz), new year in Iran, 18Mar2014

-
Bir neçə gündür ölkədə davam edən küləkli hava şəraiti şimal regionunda bir çox fəsadlar yaradıb. ANS PRESS-in məlumatına görə, külək yanğınla müşahidə olunan fəlakətlərə səbəb olub.

FHN Xaçmaz rayonu yanğından mühafizə bölməsinin verdiyi məlumata görə, Xaçmazın Ağyazı kəndində yanğın baş verib. Güclü külək səbəbindən kənddə 800 kvadratmetrlik kolluq ərazi yanıb. Yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Bundan başqa güclü külək Xudat şəhərində də fəsadlar törədib. Burda isə vətəndaşa məxsus tövlə və çardaqda olan quru ot tamamilə yanıb. Yanğının evə keçməsinin qarşısı alınıb.

Hər iki faktla bağlı araşdırmalar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG