Bakı metrosunda ticarət köşklərinin söküntüsü, ticarətçilərinsə etirazı davam edir. Ticarətçilər deyirlər ki, onların hər biri ilə icarə müqaviləsi bağlanıb. Hətta mart ayının icarə haqqı da alınıb. Amma gözlənilmədən, gecə ilə köşklərin söküntüsünə başlanılıb.