Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:07
-
Azərbaycanda gələn həftənin ilk günlərində ölkədəki mövcud sürüşmə sahələrində monitorinqin aparılması nəzərdə tutulur. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, yaz vaxtına keçid zamanı sürüşmə sahələrində aktivləşmə daha çox müşahidə edilir:

"Dağlıq zonalarda qarın əriməsi sürüşmənin baş verməsi üçün başlıca amillərdən biridir. Ona görə də respublika ərazisində mövcud sürüşmə sahələrində və sürüşməyə meyilli olan ərazilərdə monitorinqlər növbəti həftə ərzində davam etdiriləcək".

S.Əmiraslanov deyib ki, qarın əriməsi bəzi ərazilərdə sürüşmə sahələrinin qismən aktivləşməsinə səbəb ola və orada təhlükəli vəziyyət yaratmaya bilər. Ancaq bəzi ərazilərdə qarın əriməsi sürüşmə sahələrində təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

Onun sözlərinə görə, respublika ərazisində olan sürüşmə sahələrinin 50 faizindən çoxunda aktivlik texnogen- antropogen amillər səbəbindən baş verir:

"Məsələn, Lənkəran-Lerik avtomobil yolu buna misal ola bilər. İndi sürüşmə sahələri əsasən yollarda olur. Məsələn, Ağsu aşırımı, Muğanlı-İsmayıllı, yaxud Quba-Xınalıq yolu. Bu proseslər insan fəaliyyəti, texnogen amilin nəticəsində formalaşıb. Bəlkə də Lənkəran-Lerik yolu avtomobil yolu olmasaydı, orada sürüşmə olmazdı. Abşeron yarımadasında olan sürüşmə sahələrinin əksəriyyəti texnogen-antropogen amillərin nəticəsində formalaşıb. Bu gün elmi cəhətdən, mütəxəssis olaraq da qabaqcadan sürüşmənin baş verə biləcəyini deyə bilmirik. Buna görə də yollar tikilərkən yamacın dayanıqlılığı və sürüşməyə meyilliliyi nəzərə alınmalıdır".

Günün bütün mövzuları

XS
SM
MD
LG