Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:21

Azərbaycanın qadın yazıçılarının əsərləri Amerikada!


-

Amerikada «Müasir Azərbaycan qadın nəsri» (Modern Azerbaijani Women’s Prose) antologiyası nəşr olunub.

Trafford nəşriyyatında buraxılan Kitabı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan azərbaycanlı Dr. İrəc İsmaeli nəşrə hazırlayıblar.

Onların kitab üçün seçimi belə olub: Əzizə Cəfərzadə, Sara Oğuz, Mənzər Nigarlı, Afaq Məsud, Nüşabə Məmmədli, Mehriban Vəzir, Günel Anarqızı, Zümrüd Yağmur, Natəvan Dəmirçioğlu, Aygün Həsənoğlu, Gülşən Lətifxan, Eluca Atalı, Xumar Ələkbərli, Xuraman İsmayıl, Sevinc Nuruqızı, Təranə Vahid, Afaq Şıxlı, Şəlalə Əbil, Şahnaz Kamal, Ruqiyyə Səfəri və başqaları.

Kitabı www.trafford.com, www.amazon.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.

Bundan əvvəl Vaqif Sultanlı və İrəc İsmaeli Amerikada «Müasir Azərbaycan nəsri» («Modern Azerbaijanian Prose») kitabını da nəşr etdirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG