Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:06

Serzh Sarkisian xüsusi «Cavanlaşma kursu» qəbul edib


Serzh Sarkisian Chaum Cavanlaşma Mərkəzində. 9 yanvar 2014. chosun.com saytından görüntü.

Serzh Sarkisian Chaum Cavanlaşma Mərkəzində. 9 yanvar 2014. chosun.com saytından görüntü.

-
Ermənistan prezidenti Serzh Sarkisian Cənubi Koreyada sağlamlıq mərkəzlərindən birində xüsusi “cavanlaşma kursu” keçib.

Bu barədə Cənubi Koreyanın chosun.com saytı məlumat verir.

Saytın yazdığına görə Ermənistan prezidenti yanvarın 9-da Chaum Cavanlaşma Mərkəzinə qara maşınlarla, polisin və kəşfiyyat xidməti əməkdaşlarının müşayiəti ilə gəlib.

Saytın yazdığına görə əslən Ermənistandan olan və Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən oliqarxlardan biri də prezident Sarkisianla birlikdə xüsusi cavanlaşma kursu qəbul edib.

Bir həftə davam etmiş tibbi xidmətə görə onlar sağlamlıq mərkəzinə 200 milyon Cənubi Koreya Von-u – təxminən 185 000 ABŞ dolları ödəyiblər.

Saytın yazdığına görə Chaum sağlamlıq mərkəzi son vaxtlar Cənubi Koreyaya səhiyyə turizminin əsas hədəfinə çevrilib. Çindən, Kanadada iş adamları ora xüsusi təyyarələrlə gedirlər. 2010-cu ildə yaradılan mərkəzin müştəriləri arasında Qazaxıstan və Səudiyyə Ərəbistanından rəsmilər olsa da Serzh Sarkisian bu xidmətdən istifadə edən ilk dövlət başçısı olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG