Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07
Ermənistanın keçmiş prezidenti Robert Kocharian hökumətin yeritdiyi iqtisadi siyasəti tənqid edib.

O Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “Armrosqazprom” şirkətinin özünün qalan 20 faiz payını da Rusiyanın “Qazprom” şirkətinə satması, habelə ölkədəsi digər iqdisadi və sosial problemlərə toxunur.

Kocharyan deyir ki bir tərəfdən əhalinin qocalması, digər tərəfdən isə gənclərin ölkəni tərk etməsi, onsuz da pis olan iqtisadi vəziyyəti daha da çətinləşdirir, yoxsulluğun səviyyəsi getdikcə artır.

Keçmiş prezident deyir ki, bu gün Ermənistanda faktiki fond bazarı yoxdur və bu aşkardır ki, əldə olunan vəsaitlərin bir hissəsi hökumətin borcları ödəməsinə sərf olunacaq.Vəsaitlərin qalan hissəsi isə ölkədən çıxarılacaq və bizdə buna kifayət qədər nəzarət edə bilən maliyyə institutları yoxdur.Butün bunlar heç cürə ölkə iqtisadiyyatı barədə müsbət düşünməyə zəmin vermir və burda sadəcə hansısa möcüzəli həll yolu yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG