Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

Nigar Yaqublu qəzadan sonra ailəsinin durumu haqda məlumat verib



Yanvarın 22-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Bakıya gətirilərək Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Bu haqda onun qızı Nigar Yaqublu məlumat verib. Həkimlər deyib ki, onun boyun nahiyəsində sınıqlar var, əməliyyat oluna bilər.

Yanvarın 21-də Müsavat başqanının müavini Tofiq Yaqublunun ailə üzvləri İsmayıllı rayonunda qəzaya uğrayıb. Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu, qızı Nərgiz Yaqublu, vəkili Xaliq Bağırov və avtomobili idarə edən Müsavat fəalı Çingiz Əli xəsarət alıblar.

Nigar Yaqublu deyib ki, Çingiz Əlinin vəziyyəti ağırdır, Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsindədir. Vəkil Xalid Bağırov və bacısı Nərgiz Yaqublu isə evə buraxılıb.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda yerli hökumət əleyhinə aksiyalara görə tutulub və Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ailə üzvləri və vəkil yanvarın 21-də keçirilmiş məhkəmə prosesindən qayıdırmışlar. Maşın kiçik dərəyə düşərək ağaca dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG