Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43
-
Gecə kilsənin damında ağlayan Qvazemuda


Dünyada ən ucuz su göz yaşıdır.

Ağla, doyunca, ağla,

Həm də yadında saxla

Yağışların ən gözəli çiskin payız yağışıdır.

Duaların ən gözəli

Dəliqanlı oğulların arxasınca söylənilən

Kövrək ana qarğışıdır:

“Kaş ki, səni oğul deyil, sükutlara yuva olan daş doğaydım,

Böcəklərə kölgə olan ot doğaydım,

Kaş ki, səni yuvasız bir quş doğaydım.

Sevinərdim daş olsaydın, ot olsaydın, quş olsaydın,

Sevinərdim evin damında ulayan, qovduğum bayquş olsaydın”

Ağla, doyunca ağla.

Həm də yadında saxla,

Sevgi böyüklərin kiçik hisslərinin uşaq oyuncağıdır.

Klassik məhəbbətlər insanlığın uşaqlıq çağıdır.

Həyatla vidalaşmış adam üçün

Qandal, sadəcə, qolbağıdır. əsl insan əliyalın olandır!

əlində, ox, nizə, mis kuzə, balta, tüfəng,

kağız-kuğuz, soyuq səhəng tutan insan,

o, sadəcə, bir bədbəxtdir.

Çünki xisləti heyvan davranışları ilə müqayisə olunur.

İnsan hər şeydən tez yorulur,

Yaşamaqdan, sevməkdən, ayrılıqdan, ölməkdən,

Ölüb yenidən dirilməkdən.

Ağla, doyunca ağla.

Bax mənim halıma: səhər saat altıdır.

Mən isə başımı yazı masamın üstünə qoyub ağrıyıram.

Özümü boş yuva kimi hiss edirəm,

Sadəcə, boş yuva...

Sən də artıq adına “O” deyib xatırladığım

Onların birinə çevrildin.

Mən qoca deyiləm, köhnəlmiş insanam

Yəni artıq sevgi hissimin dişləri tökülüb,

Ürəyimin beli bükülüb.

Mən indi gözlərimi yumanda daha yaxşı görürəm həyatı.

O həyatı ki, çəkisi

Kürəyə saplanan bıçaq, alına tuşlanan tapança qədərdi.

Əlimi yalnız boğulan adama uzadıram ki,

Məni də xilas etsin, özüylə birgə batırsın.

Və son sözlərimi dilim ucunda hazır saxlamışam:

Əlvida, ey dünyanın hönkürtüsü olan dənizlər!

Əlvida, ey dünyanın nəriltisi olan dağlar! -

1937.az

Günün bütün mövzuları

XS
SM
MD
LG