Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

Şamaxıda 11 yaşlı qız intihara cəhd edib


arxiv foto
arxiv foto
-
Şamaxı rayon polis şöbəsinin məlumatına görə, hadisə yanvarın 5-də olub. Göylər kənd sakini Pərvanə Səlimova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asıb.

11 yaşlı qız V sinif şagirdi olub. O, koma vəziyyətində Ağsu rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Dekabrın 30-da bu kənddə yaşayan 14 yaşlı Nuranə İsmayılova intihar etmişdi. O da özünü asmışdı.

Hər iki fakt Şamaxı rayon prokurorluğunda araşdırılır.

2012-ci ildə Azərbaycanda 482 intihar hadisəsi qeydə alınıb. İntihar edənlərdən 320-i kişi, 105-i qadın olub. Onların 34-ü məktəbli və yeniyetmə olub.

2011-ci ildə isə ölümlə nəticələnən 414 intihar olub.
XS
SM
MD
LG