Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:16

KÖYNƏK təpikdə qaldı... (Seçmə şeirlərdən)


Aliyə Əsədova
Aliyə Əsədova
-

Axır həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur.


Aliyə Əsədova


OYUNCAQ OYUNU.


Oyuncaq oyunu öyrədəcəkdim
düzəldəcəkdim ki biləsən
necə olur;-
əvvəl nədən başlanır, axır
bitir harda,
sonra yığacaqdım
qalaq-qalaq, üst-üstə
atacaqdım kiçik əllərimlə
genişliyə-görünməzliyə
qucaq-qucaq, dəstə-dəstə,
bu oyuncaq dünyaya
oyuncaq əllərimlə.
Kimi sevinəcək, götürərək birini
sadəcə saxlayacaq bir əziz
əşya kimi
kimi də itələyib rədd edərək
nifrətlə
tüpürəcək bəlkə də .
Biz
və qoyub getdiklərimiz
sadalanır beləcə.


*köynəkliklər*

1.2
Beşiyi yırğalamağa qolların bəs edərdi, saxlayardın yuxuları, qolların kimi geyərdin köynəyə. Bir köynəkdə böyütdün ac-yalavac yuxuları, orda dolandırdın milyonlarla yoxsulları, varlıları, əsirləri, ta kimləri. Beşik köynəkdə qaldı....

2.3
İsti boğanaqlar evlərin hisli-tozlu bacası kimi utandırdı səni, əl atıb qovlaya bildin, boğub-boğmaladın istiləri. Tutub qapadı kimlərsə bacanın ağzını, bağrı yarılmış bacalardan kimsə parçaladı boğanağı köynəkli. Baca köynəkdə qaldı....

3.4
İmtahan həyəcanına tutulan şagird qorxusundan əlləri üzündə qaldı, geyəmmədi qollarını, onun kimi biri qalxıb hündürlükdən atdı özünü...dəhşət...5 dəqiqə sonra üzündə köynək vardı.Bu şagird də geyinmişdi dəhşətin bir tayını, bir qolunu.İntihar saatı idi. Ölüm köynəkdə qaldı...

4.5
Bu suların yarısında batmışdı Ay əlaməti, ulduzu qapmışdı, ayı udmuşdu, buludu yarmışdı əfsanələr. Şirin-duzlu sözləri bu sulara danışmışdı, su da hər yanda hər yerdə yarılmışdı.Bir tərəfdə köynəkdə yanğılı qalan quru səhra çölləri qollarından quruyurdu, qupquru qurumuşdu dərisi solğun, əzgin dodaqlar , üzlər kimi.Bir yanda isə sular aşıb-daşdı, kanallar qovuşdu, göllər səpələndi. Quruyan səhralar Lena , Dünay qollarına həsrətlə baxır indi.
Qollar köynəkdə qaldı....

5.6
Üşümələrə dözə bilmədi, çat verdi odunsuz kənd sobaları, meşədən tapılmış ceyran köynəkdə balaladı, bir şüşə ilıq su ilə qarşıladı sabahı. Hava isinən kimi tərk elədi oraları.
Köynək təpikdə qaldı....

6.7

Beşik köynəkdə qaldı
Baca köynəkdə qaldı
Ölüm köynəkdə qaldı
Qollar köynəkdə qaldı
KÖYNƏK təpikdə qaldı

7.8.9 .(1-0)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG