Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:11

Benzinin qiyməti qaldırıldı- [Video]


-
Tarif Şurasının qərarı ilə dekabrın 3-dən Azərbaycanda benzinin qiyməti qaldırılıb.

Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:


Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı benzin - 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin - - 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı - - 45 qəpikdən 60 qəpiyə.


Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 2007-ci il yanvarın 1-də qaldırılmışdı. Adətən bunun ardınca ölkədə digər mallarda da bahalaşma müşahidə edilir.

Tarif Şurası dekabrın 2-də keçirdiyi iclasında bəzi rabitə xidmətlərinin qiymətlərini də endirib.

Şuranın qərarına görə telefon çəkilişi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilib.

Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib.
Benzin artımına sakinlərin münasibəti
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanıb.

Tarif Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilmiş, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanıb.

Amma Şuranın yanacağın qiymətinin artırılması barədə qərarı dekabrın 3-dən, rabitə qiymətlərinin endirilməsi haqda qərarı isə 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Dünyanın müxtəlif ölkələrində yanacağın son qiymətlərini buradan əldə etmək mümkündür.
Mənbə: www.mytravelcost.com
Mənbə: www.mytravelcost.com
XS
SM
MD
LG